Wall Street


The mother of all evil is speculation. – Bütün şərin anası spekülyasiyadır (fırıldaq).

Biz müxtəlif sistemlərin əhatəsindəyik. Biz bu sistemlərin kənardan görülə bilən qisimlərini görürük ki, bu belə də olmalıdır. Biz əsasən nəticələri görürük. Biz çox vaxt sistemin əmələ gətirən hissələri görmürük ki, bu belə də olmalıdır (görünməyən hissələri nəzərdə tuturam). Bəs bu sistemlər nəyi gizlədirlər? Əslində proses necə baş verir? Fikirləşdiyimizin tam əksi ola bilər? Ən əsası bu dünya necə bir yerdir? Böyük pullar və ortada olan insan taleləri.

Filmdə birjaların necə işlədiyinə aid gözəl epizodlar var. Adi işçinin ağıllı strategiyası sayəsində ucalması və özünü çirkli mühitdə tapması təsvir olunub. Dəniz həyatında belə bir şey var : Böyük balıq kiçik balığı udur. İnsan həyatında hələ xüsusiylə maliyyə sistemlərində bu tamamilə özünü doğruldur.  Filmdə olan baş obrazlardan – Qordon Qekkonun hər jesti, reaksiyası və müxtəlif vəziyyətlərdə verdiyi qərarlar çox maraqlıdır. Əsl və qəddar kapitalist. Mövzusu etibariylə sayılma – seçilmə film. Başqa bənzəri filmin olub olmadığını deyə bilmərəm.

Filmdə riski sevən obrazlar təsvir olunub. Risk həmişə canlıların həyatında mühüm rol oynayb və oynayacaq. Risk nədir? Risk qeyri-müəyyənlikdir. Risk hər şey ya da sıfırdır. Film də bilavasitə risklərlə əlaqədardır. Dünya maliyyə sisteminə nəzarət edən ABŞ birjalarında, hadisələrin əslində necə gerçəkləşdiyi haqqında müəyyən qədər olsa da məlumat almaq olar. Wall Street. Elə belə ad deyil. Qapalı ofislərdə aparılan böyük işlər və böyük pullar. Xoşbəxtlik və bədbəxtlik küçəsi. Hər gün emosional gərginliklər.

Xüsusiylə iqtisadiyyat, maliyyə sahəsində “təhsil” alan dostlarıma məsləhət görürəm. Çox şey görmək olar. Filmdə 80-inci illər təsvir olunub. Ona görə də o dövrkü bir çox maliyyə strategiyaları köhnəlib və bir işə yaramır amma məntiq eynidi. Unutmaq da olmaz ki, o zamanlar maliyyə birjalarının çiçəkləndiyi dövr idi. Bir film ilə bu qarma-qarışıq maliyyə-iqtisadiyyat dünyasını başa düşmək olmaz amma yenə də bir şeydi. Uğurlar.


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi