Ayşe Kulin - Köprü


Su kimi axıb gedən bir digər roman. Ayşe Kulinin oxuduğum ilk romanı və təəsüratlarım çox superdir. Köprü romanı mənim qəlbimə, Türkiyənin yaxın tarixi və şərq bölgələrində olan adi həyat tərzini təsvir edərək bir çox problemi göstərməsiylə körpü çəkə bildi. Roman Anadoluda yaşanan tragik həyat hekayasi üzərinə qurulmuşdur. Roman Türkiyə və eləcə də bizim cəmiyyətimizin bir güzgüsüdür. Bu əsərdə Türkiyənin şərq bölgəsinin tarixi, mədəniyyəti, insanlar arası münasibəti öz əksini tapmışdır.
Ərzincan yaxınlarında Fərat çayının üzərində tikilməyə çalışılan körpünün aqibəti və bu körpünü tikdirə bilmək üçün çalışan bürokratdan ( vali – Recep Yazıcıoğlu ) və yerli əhalidən söhbət açan romandır. Kitabda hakim olan ən təməl fikir, etdiyimiz işi əzmlə etməli olduğumuz və nəticələrini səbrlə gözləməliyimizdir. Romanda olan hadisələr tamamilə real, olmuş tarixi hadisələrdir ki, Türkiyə həqiqətlərini əks elətdirir. Bu  hadisələrin bədii dillə çox ustalıqla anlatılması romana məndə xüsusi münasibət yaratdı. Romanı 2 alt başlıq üzərindən izah etməyə çalışacam. Həyatın içindən acılı amma bir o qədər ümid dolu bir roman.....

Türk – Kürd Münasibətləri: Romanda bu mövzu şişirdilmədən bizlərə çatdırılır. Biz çox vaxt televizorda eşidirik ki, PKK filan yerdə teror hadisəsi törətdi və ya PKK üzərinə Türkiyə ordusu bəzi əməliyyatlar keçirdi. Bunu biz bu gün eşidirik və bu günün Türkiyəsi dünənin Türkiyəsi deyil. Hadisələrin kökü isə 1925 – ci illərə gedib çıxır. Çox detallı danışmayacam sadəcə demək istədiyim romanda bu hadisələrin neçə neçə insanların gözünü yaşlı qoymasıdır. Şeyx Səid üsyanı xüsusiylə vurğulanıb. Terorçuların zaman zaman dağlardan daşlardan enib adi kənd insanlarına necə soyqırım törətdikləri mənə çox təsir etdi. Ermənilərin bizlərə etdiklərindən fərqlənmir. Sülh içində yaşayan Kürdlər də var. Terora, öldürməyə qarşı olan. PKKnın onları aldadıb necə özlərinə silahdaş etməsi də mənə ayrıca təsir etdi.  

Recep Yazıcıoğlu – Vali – İnsansevər Bürokrat: Romanı bitirdikdən sonra keşkə belə bürokratlar bir əlin barmaq sayı qədər yox, çox olsaydılar deyə düşündüm. Vətənimizdə də bu problem var. Bürokratlar havalanıb o qədər şişirlər ki, uçmamaq üçün ayaqlarına ağırlıq taxmalı olurlar! Halbuki günlük həyatımızı əmələ gətirən problemləri həll etmək onlara “ tapşırılıb ”. Əslində burda təəcüblü və çox fərqli bir vəziyyət olmamalıdır. Vali eləməli olduğunun eliyib. Sadəcə çoxları bizi o qədər aldadır ki, şəxsən mən belə əhvalatlar eşitdikdə müəyyən qədər fərqli hisslər keçirirəm. İnsan niyə bu qədər digər insanların uğur qazanmağından qorxur ki? Əgər ortaq məqsədlərimiz, arzularımız olsaydı vahidlik, bütünlük hissi bizə hakim olsaydı biz bu gün daha fərqli məkanda yaşayardıq. İnsan işte hər zaman ideal olanı düşünür. Yəni romanda həsəd mədəniyyəti özünü yaxşı göstərib. Həm Türkiyə həm də bizim cəmiyyətimiz ciddi bir özünəinam spazması içindədir. Vali bütün enerjisini və vaxtını körpünün alınması üçün xərclərkən, bəzi digər bürokratlar, xüsusiylə yuxarıda oturub indiyə qədər ciddi işə imza atmayanlar, özlərini dəyərsizləşmiş kimi hiss eləməyə başlayırlar. Bu da öz növbəsində zərər vermək prosesinə start verir. Valiyə dəstək olanlar da var amma azdı. Vali isə bütün bu ruh düşkünlüyü yaradacaq məsələlərdən sarsılmır. Amma mən sarsılıram. Valinin dözümü, səbri, inamı qarşısında sarsılıram. Vali sarsılmır, uğuru əzmiylə qazanır. Bu günkü cəmiyyətimizin problemi də elə budur. Bir az çətinlik olan kimi təslim olub özünə qapanmaq. Bu hissləri müəyyən qədər vali də yaşadı. Buna baxmayaraq qalib gəlməyi də bacardı. Körpünün uğurla nəticələnməsini sual altına qoyan teror, paxıl bürokratlar, şübhə, qorxu, ümidsizlik qarşısında vali sarsılmır. Ağlına bir şeyi ( cəmiyyətə faydalı ) qoyub ona çatan insanların şəxsiyyətinə böyük hörmət bəsləyirəm. Körpü sadəcə Fəratın iki sahilini bir birinə yox, eyni zamanda müxtəlif taleləri bir birinə bağlayır - ( Obrazların əhvalatları ) Növbədə isə dağları, daşları dəlib yol çəkmək var. Bizim isə gözlərimiz belə insanların yolunu çəkir.

Faydalı Linklər:Seyx Səid Üsyanı
                             Recep Yazıcıoğlu

Comments

  1. buna kino cekilib he? Kopru filmi?ya da serial

    ReplyDelete
  2. Serial olmalıdır. Amma mən bamamışam.

    ReplyDelete
  3. He ola biler.kitab maragimi cekdi acigi.Ayse Kulinden hec ne oxumamisam :) Belke denedim

    ReplyDelete
  4. Onun iki əsərini oxumuşam. Çox xoşuma gəlib.

    ReplyDelete
  5. :) Gözəl yazmısan. İlk yazılarını oxumağa başlamışam. Cavanşir Şirinov

    ReplyDelete
    Replies
    1. Təşəkkür edirəm :) amma düşünürəm ki, ilk yazılarım sonunculara nisbətən daha primitivdi. :)

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi