Turğay Güler - Mehdix


Fantaziyası zəngin olan insanlardan xoşum gəlir. Başda Jül Vern olmaqla bir çox fantastik roman oxumuşam və həmişə fantastik film və oyunlara üstünlük vrmişəm. Kitablar və ədəbiyyat insana həyatda enerji, güc verməlidir. Başqa sözlə nə isə öyrənməlisən bunlardan. Buna baxmayaraq ciddi nə isə öyrənməyib amma yüksək dərəcədə zövq ala biləcəyin kitablar da var. Mehdix məhz elə bu cür romanlardandır. Qeyri-adi, öyrədici, fəlsəfi və ya buna bənzər üslubda deyil. Sadəcə çox gözəl fantaziyanın məhsuldur.
Eyni zamanda da tam fantastika hesab etmək olmaz. Çünki romanda təsvir olunan hadisə və proseslər olmayacaq şeylər deyil. Fantaziyanı sevirəm və günümün bir hissəsini müxtəlif xəyallarda keçirdirəm. Fantaziya, fantastik romanlar və filmlər nəyimizə lazımdır? Və yaxud da fantastik janrı sevmirəm deyən insanları başa düşmürəm (Aşırı fantaziya da bir şey deyil). Fantaziya axı yenilik və fərqlilikdir. Deməli onu sevməyənlər də yeniliyə qapalı və yaradıcı olmayan insanlar olur. Yəni heç kim sözümdən inciməsin sadəcə şəxsi fikrim belədir. Romanda təbii olaraq həm bəyəndiyim həm də bəyənmədiyim məqamlar olsa da mən daha çox bəyəndiyim hissələrinə fikir verdim. Hər şeydən öncə romanda həqiqi olan dini,hərbi, siyasi məlumatlar öyrəndim. Romanda adı çəkilən bir çox dini rəvayətlər və hərbi silah sursatları googlda araşdırdım və romanda uydurma rəvayət və hərbi silah olmadığını gördüm. 2019 və 2020 ci illərdə dünyanın ümumi mənzərəsi. Romanın süjet xətti budur və dünya üçüncü dünya müharibəsinin astanasındadır. Enşteynin çox gözəl fikri var:“Üçüncü dünya müharibəsini deyə bilmərəm amma dördüncü dünya müharibəsi daş və dəyənəklərlə olacaq”. Yəni əgər üçüncü dünya müharibəsi olsa, dünya böyük bir qəbirsanlığa çevrilə bilər. Bunun da kökündə ayrı ayrı adamların öz beyinlərində uydurduqları və dəlicəsinə inandıqları peyğəmbərliklərdir. Yəni dünyanın idarəediciləri konkret olaraq özlərini Allah hesab edirlər. Əlbəttə dünyanın idarəediciləri mövzusu elə mövzudur ki, hər yerindən duran bunu haqqında kitab yazıb, film çəkib. Amma inanıram ki, bu romanda və Dan Browun romanlarında təsvir olunduğu kimi, dünyanı idarə edən insanlar var amma o insanlar başdan xəstədir. Romanda o adamlar planlarını addım addım reallaşdırmağa başlayırlar (bununla neçə neçə insanların ölümünə səbəb olurlar) amma yolunda getməyən nə isə baş verir.        İslamda Mehdinin zühuru adlanan inam var və bu roman da o prosesi əks elətdirir. Yəni Mehdi qayıdır və xaos , düşmənçilik, dava dalaş, nifrət, kin – küdurət içində olan dünyanı nizamlayır. Romanda Türkiyə göyün yeddinci qatına qaldırılır, İsrail isə yerin dibinə salınır. Mehdix ( Mehdi ) olaraq bir Türk baş komandanı seçilir və müasir dünyamızın imkanları (Kompüter, mobil telefon) vasitəsiylə ona mesajlar verilir və haqq ədalətin yerini tutması üçün yönləndirilir. Romanın ən xoşuma gələn cəhətləri sırasında, dəccalın əlamətləri ilə ABŞın müqayisəsi və dini rəvayətlərin müasir həyatımızla sintezidir. Dəccalın həddindən çox əlamətləri var. Məslən bir gözü kor olması materyalizmi, meyvə və tərəvəzləri mövsümdən aslı olmayaraq yetişdirmək (bu gün bu mümkündür),yalançı möcüzələr göstərmək, ölüləri diriltmək və insanları öldürmək, dünyanın istənilən nöqtəsində olan bitənləri eşitmək və görmək (peyk antenləri) və s. Həqiqətən də bir çox əlamətlər ABŞ-a uyğun gəlir. Dəccal bu romanda sistem-dövlət olaraq ifadə edilir. Məncə çox məntiqlidir. Dediyim kimi, romanda təsvir olunanlar olmayacaq şeylər deyil. İsrailin və müttəfiqlərinin izlədiyi yol romandakına bənzərdir və gələcəklərinin də romandakına bənzər olması ehtimalı 60%dır. Romanın dili adi, sadə, yazılma üslubu normal və hadisələrin təsviri isə zəiflə orta arasındadır – yəni pis deyil. Ümumiyyətlə mən belə mövzular çox maraqlı gəlir (Mehdi və İsanın qayıdışı və dünyanın sonrakı taleyi). Hər halda bu gün dünyada inanılmaz dərəcədə haqsızlıq ədalətsizlik hökm sürür. Ümidvaram bir gün haqq ədalət öz yerini tutar. Nədə olsa haqq ədalət topladır amma gedəcəyi yerə mütləq varır !  Roman haqqında çox danışmaq olar amma yormayım sizləri.

Digər yazılarım: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi