Wall-E Animasiyası


Pixar hansı ki, əsasını Stiv Cobs qoyub, növbəti bir şedevrini yaradıb. Animasiya 2008 – ci ildə çəkilsə də mən gec baxmışam. Filmlər və animasiyalara internetdən yükləyib baxmaq həvəsi məndə yenidir. Pixar studiyasının çəkdiyi animasiyaları səmimi qəbul edirəm. Bəlkə də elə Pixar studiyasının uğurunun kökündə bu durur. Dreamworks studiyası artıq çəkdiyi animasiyaları uğurla izlədə və ya sata bilmir. Ümumiyyətlə belə optimistik və müsbət enerjini hər animasiya velə bilməz. Animasiya bir çox mesajlar ötürür bizə. Əlbəttə balaca uşaqların buna baxb o mesajları başa düşməkləri çətin məsələdir amma mənim kimi yarı uşaq yarı yetkin adam bəzi şeyləri başa düşür.:)
Animasiyanın süjet xətti belədir: İnsanlar yer planetini o qədər çirkləndiriblər ki, planetimiz yaşanılmaz yerə çevrilib. Məcburiyyətdən yer planetini tərk edib uzun illər kosmosda kosmik gəmidə yaşayırlar. Yer planetini təmizləmək üçün isə bəzi robotlara əmrlər veriblər. Çoxu sıradan çıxsa da sadəcə biri qalıb vicdanlı olaraq öz işini davam etdirir. Animasiya çox dərin mənalıdır. Dediyim kimi sadəcə diqqətlə və müxtəlif nəzər nöqtələrindən baxmaq lazımdır. Məsələn yer planetində təmizlik işləri ilə məşğul olan bu yalnız robotun sadəcə bir tək dostu var ki, o da tarakandır. Bu da şəraitin nə qədər pis olmasına baxmayaraq tarakanların sağ qalacağını deyir. Bunu elm də sübut edib. Tarakanlar hətta radiasiyalı şəraitlərdə belə sağ qalıb həyatlarını davam elətdirirlər. Robotun adı Wall-e dir. Wall-e təsadüfən bir bitki tapır. Axı yer planeti çox çirklənib. O dərəcədə çirkələnib ki buralarda artıq bitki də bitmir. Filmin vermək istədiyi mesajları və vurğuladığı məqamları aşağıdakı kimi demək istərdim və unutmadan da onu deyim ki, bu film robotlar çərçivəsində çəkilsə də elə bizim özümüzlə əlaqədardır.
1) Ekoloji problemlər: Animasiya bizim yer planetini çirkləndirməyə davam etdiyimiz müddətcə hansı fəsadların yaranacağını göstərir. Başa düşürəm insan  yaşayır və normal olaraq da öz fəaliyyətləri ilə çirklənməyə səbəb olur. Amma insanlar təbiətin də qayğısına qalmalıdır. Nədə olsa bizim bu planetdən başqa evimiz yoxdur hələki.
2) Sevgi: Burdakı sevgi robotlararası sevgidir hansı ki Ayzik Əzimov öz romanında demişdi ki robotlar da sevgi hissini hiss edə bilər ( Fantastikadır əşşi ). wall-e öz adi işlərini görərkən birdən yerə gələn qız robot onun diqqətini cəlb edir və ona vurulur. Qız robotun məqsədi yerdə bitkilərin olub olmadığını öyrənmək olur. Çünki əgər yerdə bitki bitirsə deməli yerdə yaşamaq olar və yerə geri dönmək olar. Beləliklə də sevgi.....
3) Siyasət: Qısaca olaraq tez-tez yer planetində yaşadıqları müddətdə olmuş prezidentin videoları göstərilir.
4) Sağlamlıq: Aydın məsələdir ki bu gün başda ABŞ olmaqla dünyanın bir çox öıkələrində insanlar vaxtlarını televizor və komputer qarşısında keçirirlər. Bu da öz növbəsində passiv həyat tərzinə və piylənməyə səbəb olur. Kosmik gəmidə yaşayan bu insanların xüsusi çarpayıları var. Ona bir dəfə uzanırlar və bir daha durmurlar. Bir yerdən başqa yerə hərəkət edərkən belə çarpayı uça bildiyindən insanlar hərəkət edə bilmir. Idmanı belə uzaqdan idarə olunan robotlar vasitəsiylə edirlər.
5)İstehlak cəmiyyəti: Elə əsas məsələ də budur. Çox maraqlı epizodlar var burda. Hələ bu gün insanların itehlak cəmiyyətində yaşadıqlarını deyən və getdikcə də insanların bundan aslı olduqlarını deyən elm adamları var. Pixar studiyası sanki bu animsaiyası ilə uzun uzun illər sonrası istehlak cəmiyyətini göstərir. Insanlar daim nə isə alıb yeyir daim nə isə istehlak edirlər. Reklam və moda ilə hərəkət edirlər. Hamı bir nəfər kimi. Maraqlıdır. Bu da elə bir şeydir ki, buna bir dəfə düşürsən sonrası isə məlum məsələ...
6)Virtual həyat: İnsanlar demək olar ki, bir biriləri ilə canlı əlaqə saxlamır, sadəcə video əlaqəd ilədanışırlar. Yanaşı duran iki insan belə bir biri ilə kamerayla danışır. Maraqlıdır. Bu animasiyada sosial şəbəkələrin nə kimi fəsadlar törədəcəyini görmək mümkündür.
7)Oyanış: Bəli mən bunu belə adlndırardım. İnsanlarn belə həyat tərzi keçirmələri şəxsən məni çox təəsüfləndirir. Amma bir dəqiqə. wall-e bu gəmiyə düşür və onlardan bir ikisini sanki silkələyir. Onlardan bir ikisi axır ki, virtual həyatdan ayrılıb ətraflarını kəşf etməyə və sahib olduqlarını dəyərləndirməyə başlayırlar. Məncə bu gün də bəzi insanların silkələnməyə ehtiyacları var. Ey, oyan ətrafında kos koca dünya var !  :)
8)Qayğı: Eva ( Həvva ) adlı, kosmik gəmi tərəfindən göndərilən və bitki axtarışında olan qız robot, bitkini tapan kimi blok olur və bağlı qaba dönərək hərəkətsi vəziyyətdə kosmik gəmini gözləyir. Bu müddətdə isə wall-e onun hər bit qayğısını çəkərək onu evinə aparır. Əvvəlcə eva bunu bilməsə də sonradan öyrənir və çox təsirlənir. Heç kəsdən belə bir şey görməyən Eva ona həmişəlik başlanır. Gələcəkdə insanlar sevgi və qayığıdan sarı çox darıxacaqlar....
9)Mənfi qüvvələr: Gəmidə olan və insanlar tərəfindən proqramlanan bəzi robotlar isə insanların yer planetinə geri dönməsini istəmirlər. Verilmək istənən mesaj başqadır. Yəni qoy insanlar həmişə istehlak cəmiyyətində qalsın, daima nə isə alsınlar, bununla da iri markalar gəlir əldə etsin. Amma buna baxmayaraq insan iradəsi və ağlı sayəsində onlara qalib gəlir və evinə geri dönür. Home Sweet Home :)
Tək sözlə animasiya baxmağa dəyər və öyrəniləsi şey çoxdur. Stiv Cobs kimi birisinin yaratdığı bu studiya hələ bizlərə çox faydalar verəcək. Hər bir film və animasiyanın sonunda o film və ya animasiyanın üzərində işləyənlərin ad və soyadları sırayla aşağıdan yuxarıya doğru hərəkət edir. Bu animasiyada da belədir amma arxa fonunu çox sevdim. İnsan yerə qayıdır və evini yenidən tikir !  Səbrinizə görə təşəkkürlər.......
Digər yazılarım: burada

Comments

  1. Bizler konullu dustaqlariq... Dogrudur menim ixtisasim Kompyuter muhendisliyi olsa da onun menfi cehetlerinin de oldugunu inkar etmirem. Ama musbet cehetleri menfi cehetlerinden belke de coxdur. Elm, bilik, informasiya, azadliq baximindan insana hedsiz deyerler qazandirir. Elbette her insan etrafinda olan her seyle ozune gore davranir. Zamanla ozumuz de bilmeden onun quluna cevrilirik, heyatdan uzaqlasiriq.Insanlar sevgiye mohtac olur gederek. Animasiyada robot bele ellerini birlesdirir yalnizliqdan sikayet edir. Insana ne qeder tesir edir ele deyilm?, tesevvur edek ki seherden axsama qeder isleyen ana, atanin ovladlari sevgiye ,merhemete ne qeder mohtacdirlar, ne qeder de qaygidan kenar qalmislardir. Gelecek nesillere bele bir dunyani nece emanet qoyub gede bileceyik ki, her yeni nesil daha oncekini lenetleyecekdir, 100 il sonra hec birimiz olmayacagiq,biz onlari nece belalarla bas basa qoyacagiq. Animasiyanin sonunda Kapitanin usaqlari da etrafina toplayib fidani ekmesi ve sulamasi mene bir Hedisi xatirlatdi. “Yarın kıyamet kopacağını bilsen bile elindeki fidanı dik.”(Peygember (s.e.s))

    ReplyDelete
    Replies
    1. Razıyam. Bəlkə də bir gün tarixin axışı dəyişəcək. Ümidliyəm :))

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi