Zülfü Livaneli - Serenad


Güneş topla benim için...Zülfü Livanelini bu mahnıdan tanıyırdım. Yazıçı olduğunu bilmədiyimdən, Serenad romanını əlimə alanda məni nə gözlədiyini bilmirdim. Romanda bir neçə tale dil, din, irq , millət fərqi olmadan bir biri ilə görüşür və ayrılır. Biri alman əsilli Amerikalı Professor Maximilian wagner və digəri İstanbul universitetində ictimaiətlə əlaqələr şöbəsinin işçisi olan Maya Duran. Romanın baş qəhrəmanları bunlardır. Romanların yazılmasını da elə əsl məqsədi təsirli, nümunə ola biləcək, yaddaşlardan silinməyəcək obrazlar yaratmaq olduğunu deyən yazıçı bu romanında buna müəyyən qədər nail olmuşdur. Baş qəhramanı qadın olaraq yaratması diqqətəlayiqdir. Maya İstanbulun burulğanlı havasında, bircə oğlunu yetişdirib boya başa gətirmək üçün hər gün gündəlik işinə gedib gələn dul anadır. Maximilianın Mayanın həyatına girməsiylə Mayanın həyatı alt üst olur. Buna baxmayaraq o yeni həyata başlayır.  Başqa sözlə professor Mayanın həyatını kökündən dəyişir. Bu iki insanın mənəvi yaxınlaşmasından sonra onların keçmişlərindəki və Mayaya hətta kitab yazmağa ilham verəvək bütün sirləri bir bir açığa çıxır. əslində ortaya çıxan şey inanılmaz ailə sirrləri deyil, dünya dövlətlərinin insan taleləri üzərində oynadıqları oyunlar, bundan bəslənərək həyata keçirdikləri siyasi oyun, soyqırım, mühacirətlər, müharibələrdir. Çünkü professorun dediyi kimi hər iqtidar öldürür. Kimisi az kimisi çox. Amma mütləq öldürür. Heç bir iqtidar günahsız deyil.
Xülasə Serenad romanın süjet xətti Türk cəmiyyətinin keçmişini pərdələməsi və örtməsidir. Yazıçı bunun səbəbini araştırmağa çalışır. əsas mesajları isə keçmişimizin işığında şəxsi, mədəni , milli mənliyimizə baxmağımızdır. Yazıçı çox gözəl Türkcəylə axıcı, duru və bir nəfəsə oxuya biləcəyimiz bir roman təqdim etdi bizə. Hər şey kənara qalsın, hər bir insan insanlıq, humanizm adına bu kitabı cəmiyyətimizi bərpa edən ona yeni qol qanad verən dərman kimi oxumalıdır. Son Türk humanistinin bizə serenadı......
Çox danışmaq olar bu roman haqqında. Qısası budur :)

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi