" A Beautiful Mind - Ağıl Oyunları "

“Hep sayılara inandım. İçinde mantık ve hesap olan denklemlere. Ancak hayatım boyunca onlarla uğraştıktan sonra, mantık nedir diye soruyorum. Buna kim karar veriyor? Araştırmalarım sırasında fizik, metafizik ve hayal alemlerine gidiyordum. Geri döndüm ve kariyerimin en büyük buluşunu keşfettim. Mantıklı nedenler yalnızca ve yalnızca sevginin gizemli denkleminde bulunabilir. Bu gece burda olmamı sana borçluyum. Var olmamın nedeni sensin. Sen benim mantığımsın.”

Yuxarıdaki cümlələr A Beautiful Mind filminin baş qəhramanı və reallıqda da mövcud olmuş, dahi riyaziyyatçı John Neş ( John Nash ) tərəfindən, nobel mükafatı alarkən həyat yoldaşına dediyi cümlələrdir.

Dəlilik. Bu həqiqətən bir xəstəlikdir yoxsa ağlın, idrakın yeni mərhələsi? Sirr deyil ki, cəmiyyət belə insanları təhlükə kimi qəbul edir. Nə dərəcədə ədalətlidir? Bu suallara cavab vermək üçün helə insanların həyat tərzlərinin araşdırılması və motivlərinin müəyyənləşdirilməsi lazımdır. Bu cürə riskli davranışa isə hər kəs qalxışmaz. Buna baxmayaraq hamıda A Beautiful Mind – Ağlın oyunları adlanan filmə baxmaq imkanı var !


 Filmin hər bir dəqiqəsi təsirli epizodlarla zəngindir. Əslində tez-tez eşidirik ki, dahi insanların bir çoxu bir çox psixoloji xəstəliklərdən əziyyət çəkiblər. Bəli bu filmdə də məhz elə bu öz əksini tapıb. Yalnızca bir şey haqqında fikirləşən insanlar həyatlarında çox şeyi unudurlar: Əylənmək, sağlamlıq, sevgili, ailə və s. Bəlkə də çox oxuma, başın xarab olar deyimi də məhz elə belə nümunələrdən qaynaqlanır. Hər halda real dünya ilə real olmayan dünya arasında olan sərhəd çox nazik və həssasdır. Hamı onu hiss edə bilməz. Şizofreniyanın kabusu ondan ibarətdir ki, insan başa düşmür nə realdır. Təsəvvür eliyin ki, tanıdığınız insanlar, yerlər və bizim həyatımızda olan ən vacib anlar ölmüyüb. Ən əsası isə onlar real olmayıb. Təsəvvür etmək belə tük ürpərdicidir. Beynimiz haqqında çox az şeylər bilirik. Son 30 ildə beyinlə əlaqədar kəşflər və araşdırmalar artsa da məncə beynin bizə oynadığı ən böyük oyun olan şizovreniyanın səbələrini öyrənmək hələ uzun zaman alacaq. Con xəyali olaraq və birinci olaraq Çarls ( Charles ) adlı birisini görür, Şəxsi fikrim ondan ibarətdir ki Çarls, Conun həyatda etməyə cəsarət etmədiyi  hərəkətləri ifadə edir. Bir növ itirilmişləri: İçki içmək, gözəl bir qızla tanış olmaq, bezdikdə dəlicəsinə hərəkətlər etmək ( yazı stolunu pəncərədən atmaq kimi ). Vilyam Parçer ( William Parcher ) isə vicdanın, ölkəsi və vətəni üçün yaxşılıq etmə istəyini ifadə edir. Balaca qızcığaz isə, fikrimcə sevgini. Conun arvadı olan Alişa isə məncə Conun həyatında olan yeganə xilaskadır. O olmasaydı, Con reallıqla xəyallar arasında özünü itirəcəkdi. Həyat yoldaşı rolunu oynayan Jennifer Connelynin performansı bu filmdə çox superdi. Çox vaxt filmlərdə baş qəhramanlara ideal həyat yoldaşı rolunu oynayır və etiraf eləməliyəm ki, həqiqətən çox təsirlidir. Filmin sonlarına doğru Con bu xəyali insanlardan müəyyən qədər ayrılmağı bacarır və onlara fikir verməməyə çalışır. Bununla da ən yaxşı bacardığı iş olan riyaziyyatı digər insanlarla bölüşüb, dərslərə girir. Bu insan sadəcə həyatı riyaziyyat – müxtəlif rəqəm, hesablamalar və düsturlar olaraq görür. Filmin xoşuma gələn epizodlarından biri olan və filmin ilk dəqiqələrində yer alan Conun araşdırma mövzusu ( diplom işi ) seçməkdə çətinlik çəkməsidir. Nə isə yeni və yaradıcı bir mövzu axtarışında olan Con axır ki bunu tapır. 150 il iqtisadi nəzəriyyənin bünövrəsini təşkil edən Adam Smitin fikirlərinin, fərziyələrdən ibarət olsa da səhvlərinin düzəltilməsidir. Bununla da o həyatını dəyişir. Filmə baxmısınızsa burda yazılanlar sizin üçün yeni olmadı. Baxmıyanlara məsləhətim bu filmi mütləq izləsinlər. Baxanlara məsləhətim isə filmə yenidən baxsınlar. Məncə hər dəfə baxanda yeni yeni mesajlar əldə etmək mümkündür. Film məncə xüsusiylə gənclər üçün çox əhəmiyyətlidir. İnsanda öyrənmək, araşdırmaq arzusunu alışdırır.  
Con Neş haqqında əlavə məlumatları isə aşağıdaki lnkdən əldə edə bilərsiniz. Səbrinizə görə təşəkkürlər. 

http://www.biyografi.info/kisi/john-nash 

Comments

  1. Riyaziyyat sessiz musiqidir.. dilimizle soyleye bilmediklerimizdir.. Insani insandan alib aparandir.. reqemlerin mocuzesi Sifrelenmis kitablar... En boyuk mocuze Quran. 19 reqemi kimi 7 reqemi kimi, Fibonatci kimi, Sadece Ol deyildi ve Oldu.. Insan o qeder murekkebdir ki.. tesvirleri mumkun deyil hetta muasir Fuzzy logic bele ideal mentiq hesab olunmur. Realliqlar eks olunmaz olaraq qalir. Ideallar uzerinde qurdugumuz dunya heyati ne qeder realdir???... Bele insanlara biz sadece deli deyirik, ya da divanee,,, ya da mevlevi,..... Her ne olursaq olaq Insaniq ele deyilmi.. Torpaqdan yaradilmis Insan..Meleklerin onunde secde etmis oldugu Insan... En cox tesir eden meqam, yoldasinin Con Nesi her ne olursa olsun terk etmemesi, yaninda olmasi, ne cetindir insan kimi insan olmaq,, Insanligi anlayanlara da anlamayanlara da Insan olmaq..

    ReplyDelete
    Replies
    1. Tşəkkürlər Fəridə xanım. Xüsusiylə riyaziyyat haqqında dedikləriniz əladır. Riyaziyyat mənə yaxın elmdir. anam riyaziyyat müəlliməsidir :)

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi