Elif Şafak - Araf



Elif Şafakın oxuduğum dördüncü romanı. Ümumiyyətlə Elif Şafaqın kitablarının satılması “Aşk” romanının sayəsindədir. O romanı oxuduqdan sonra “görəsən o birisilərində nə var” deyə bir maraq hissi oyanır adamda və fikirləşmədən alırsan. Aldığıma peşman deyiləm əsla. Çünki bu roman da mənə müəyyən şeyləri öyrətdi və göstərdi.
Roman nə haqqındadı
r?: Roman gənclik, özgələşmə, özünü axtarma, şəxsiyyət, populyar mədəniyyət, incəsənət və suallar haqqındadır. Quruluş etibarıyla rahat və axıcıdır. Yazarın ingilis dilində yazdığı ilk romandır amma yazar ingilis dilində yazdığına baxmayaraq eyni zamanda paralel olaraq türk dilində də yazır. Bir romanı iki dəfə yazmaq kimi. Kitabın sonunda yazarla olan müsahibədə yazıldığı kimi, yazar feminizmin güclü olduğu universitet şəhərciyində bir müddət yaşamıdır. Romanda yazarın 2001 ci ildə Bostonda keçən həyatının izlərini və feminizm izlərini görmək mümkündür. Prinsip etibarıyla isə roman özgələşmək və yalnızlaşmaq haqqındadır. Elif  Şafak hansısa konkret süjet xətti olan hekayə danışmaq kimi bir məqsədi olmayıb. Onsuz da hekayə ortaya çıxır. Əsas məsələ  fərdin özünə özgə bir cəmiyyət və mədəniyyətin içində, düşdüyü qarışıq hissi və düşünsəl vəziyyətləri müxtəlif obrazlara yayaraq izah etməkdir. Burada sadəcə xarici ölkələrdən gəlib Amerikada yaşayanların yabancılaşması deyil (Ömər, Piyu, Abed) eyni zamanda bu cəmiyyətdə yaşayan amma bu cəmiyyətə yabancı olan insanlar da var. (Gail, Debra Ellen Thompson). Bir obrazdan digərinə keçid rahatdır və qeyri müəyyənlik yaratmır.
Digər Romanlarla Müqayisə: Elif Şafaq üslubu bu romanda da özünü göstərir. Belə ki: İstanbulun yüksək səviyyəli təsviri (Demək olar ki, əksər romsanlarında bu belədir), yemək mədəniyyəti (bişirmək bacarığı olan obrazlar), musiqi mədəniyyəti və müəyyən qədər feminizm. Quruluş etibarıyla rahat və axıcıdır. Aşk romanını oxuyandan sonra bir çox insanlar digər romanlarını darıxdırıcı hesab edirlər. Bit Palas və Araf romanlarını oxuduqda məndə də müəyyən qədər dalğalanmalar oldu.
Ümumi Qənaətim: Elif Şafaqın Araf romanını bəyəndim. 10 ballıq sistemlə 7 ilə qiymətləndirə bilərəm. Obrazlar (Ömər, Alegre, Gail) sanki bir birinə bənzəyir. Uzun uzadı yazıb izah etmək istəmirəm amma onu deyə bilərəm ki istər bizim cəmiyyət olsun istərsə də Türkiyə və ya Amerika cəmiyyəti olsun, romanda təsvir olunan gənclik məni müəyyən qədər təəsüfləndirir. Psixoloji cəhətdən bir qeyri sağlamlıq gördüm. Kitab bitdikdən sonra adamın “ağzında” sanki acı-şirin bir dad qalır. Sonluqdan olsa gərək.
Digər yazılarım: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi