Yes Man


Bu yaxınlarda Yes Man filminə baxdım. Jim Kerrinin iştirak etdiyi bütün filmləri sevirəm. Filmin süjet xətti mənə bəzi şeyləri öyrətdi. Açığı deyim filmdən öyrəndiklərimi hətta tətbiq də etdim. Film həyatı monoton, darıxdırıcı, ətrafına qapalı, fürsətlərdən qaçan, sadəcə evdən işə, işdən evə getməklə məşğul olan bir standart Amerikan insanı haqqındadır. Qəlbinin dərinliklərində o da bu vəziyyətdən məmnun deyil. Çıxış yolunu bilmir sadəcə. Elə insanlar var ki onlar yox deyə bilmir, elələri də var ki, hə deyə bilmir. Hər ikisində də insan müxtəlif problemlərlə rastlaşır. İdeal olan hər ikisini bacarmaq və hər ikisini lazımınca istifadə etməkdir.
Film sanki təcrübə xarakterlidir. Bir insan qarşısında çıxan bütün təkliflərə “ HƏ ” deyərsə nə olar?  Bu sualın cavabı axtarılır. Çox dərin məna və məqsəd axtarmaq lazım deyil. Filmin baş qəhramanının adı Karldır və o  təsadüfən bir dostunun təklifi üzərinə “Hə demək” seminarına qatılır. Seminarı verən Karlın həyatını əzbərdən deyir və Karl həm təəccüblənir həm də kədərlənir. Əslində təəcüblənməli bir şey yoxdur. Bir çox insanın həyatı belə keçir. Bir çox deyərkən böyük əksəriyyət də deyərdim. Sadəcə həyata rəng qatmaq üçün qarşımıza çıxan bəzi təklif və fürsətlərə hə desək hər şey daha fərqli olar bilər. Dedim ki, özüm də tətbiq etməyə başladım. Qarşıma çıxan bəzi mütmmadi təkliflər olurdu və mən də həmişə yox deyirdim. Bu dəfə hə dedim və həqiqətən də fərqli (müsbət mənada) nəticələrə aldığımı gördüm. Film əlbəttə şişirdilib. Bütün təkliflərə hə deyərkən həm sevdiyi qızla həm də digər problemlərlə qarşılaşır.
Hər şeyə hə demək nə dərəcədə ağlabatandır? Sadəcə süjet xətti etibarıyla bəzi şeyləri göstərir və Karlın vəziyyətində olan insanlar üçün məncə faydalıdır. Nə qədər də şişirdilsə də məncə həyatda hər şeyə yox hər şeyə hə demək mümkün deyil. Sadəcə ağlımız və intuisiyamızla hərəkət etməliyik. İqtisadiyyatın on prinsipindən olan “İnsanlar seçimlərlə qarşılarşır” və “Bir şeyin dəyəri onun üçün imtina etdiklərimizlə ölçülür” prinsiplərini bu filmə də tətbiq etmək olar. Nəticə olaraq özümüzü çevrəmizə, dostlarımıza, ailəmizə qapamamaq və hə demək lazım olanda hə, yox demək lazım olanda yox deməyi bacarmalıyıq. Bunun əksi olarsa beynimizdə olan mexanizm pozular və lazımsız nəticələrə səbəb olar.
Digər yazılarım: burada

Comments

  1. Sizinlə razıyam.Film bir qədər şişirdilsəd ə adı üstüdə filmdir.Amma filmin əsas süjet xətti olan "Hə deməyi bacar" fikri tətbiq edilməyə layiqdir.Ən azından qarşımıza çıxan fürsətləri hə deyərək dəyərləndirə bilərik...Hətta bizə primitiv görünən,məsələn telefonumuza hansısa operatorlardan gələn sms təklifi və ya nəqliyyat vasitələrində qarşımıza çıxan hansısa kurslar və s bu kimi təklifləri də Karl kimi dəyərləndirib həyatımıza hansısa rənglər qatmaq olar..Kim bilir,bəlkə də həmin təkliflərdə həyatımızı kökündən dəyişəcək nələrsə var..Bir sözlə sadə süjet xəttinə malik olan bu film seyredilməli və tətbiqedilməli bir filmdir..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi