Yonas Ridderstrale və Kyel Nordstrem - Karaoke Kapitalizm: Bəşəriyyət üçün menecment

Ingilis dilində kitabın adı: Jonas Ridderstråle, Kjell Nordstrom  -Karaoke Capitalism: Managing for Mankind 

Rus dilində kitabın adı: Нордстрем К., Риддерстрале Й. Нордстрем К.,Риддерстрале - Й.Караоке-капитализм. Менеджмент для человечества. 3-е изд. 

Təqdimat - "Karaoke Kapitalizm: bəşəriyyət üçün menecment" (Karaoke Capitalism: Managing for Mankind) Stokholm Biznes Məktəbinin professorları olan Yonas Ridderstrale və Kyel Nordstrem (Kjell Nordstrom & Jonas Ridderstrale) adlı iki isveç keçəl professorun kitabıdır. "Fank stilində biznes" adlı bestsellerinə həm əlavə, həm də davam kimi yazılan "Karaoke Kapitalizm: bəşəriyyət üçün menecment" kitabında üç vacib suala cavab verilir: 1) "Fank stilində biznes" kitabının yazılışından sonra nələr dəyişib? 2) Dəyişikliklər niyə görə baş verib? 3) Baş verənlərin cəmiyyət, təşkilatlar və fərdlər üçün nəticələri nələrdir? 

Yonas Ridderstrale və Kyel Nordstrem belə hesab edirlər ki, kommunizmin süqutundan sonra dünyada hökmdarlıq edən "izm"-lərdən ən güclüsü individualizmdir. Mən, sən, o - bu gün tarixi yaradanlar bu kəslərdir. Biz isə artıq tarix olub. Xor ifaları, kollektiv yürüşlər, korporativ himnlər - bütün bunlar artıq keçmişdə qalıb. Biznesdə, şəxsi həyatda, tarixdə artıq hamı özü özünə solistdir! 

İndivializm sürət toplayır. Yaxın keçmişədək həyatımızda olan hər şey müəyyən şərtlər tərəfindən formalaşdırılırdı. Əgər sizin bütün əcdadlarınız rus idisə, siz Rusiyada dünyaya gəlməyə məhkum idiniz; əgər otuz yaşına çatmış keçəlləşirdinizsə, çətin ki, əlli yaşına müdrikyanə uzun saç düzümünüz olardı; əgər təbiət sizi kişi yaradıbsa, çətin ki qadına çevrilə bilərdiniz. Heç nəyi düzəltmək mümkün deyildi. 

Bu gün isə hər şey dəyişib. 

Müəlliflər - Yonas Ridderstrale və Kyel Nordstrem "Stokholm İqtisadiyyat Məktəbi"-nin yetirmələridirlər. Kyel Nordstrem isveç
iqtisadçı, yazıçı və biznes spikerdir. Əslində ixtisasca mühəndisdir, lakin 1991-ci ildə fəlsəfə doktoru dərəcəsi də aldığı Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır. Onun araşdırmaları biznesin beynəlxalq aspektlərinə, əsasən strateji idarəetmə, transmilli müəssisələr və qloballaşmaya aiddir. O, bir çox transmilli müəssisədə və Britaniya hökümətində məsləhətçi kimi çalışmışdır.

Yonas Ridderstrale, isveç iqtisadçısı, biznes spiker və biznes məktəblərində müəllim olaraq fəaliyyətdədir. Yonas Ridderstrale bakalavr, magistr və fəlsəfə doktoru dərəcələrinin sahibidir. Onun elmi-pedaqoji fəaliyyəti qlobal innovasiyalara həsr olunub. O, bu mövzuya dissertasiya da yazmışdır. Ötən əsrin 90-cı illərinin ortalarına qədər o, dünyanın bir çox ölkələrində mühazirələr söyləmiş və seminarlar təşkil etmişdir. Yonas Ridderstrale eyni zamanda idarəedici kadrların və inkişafın təmin edilməsi ilə məşğul olan "Mgruppen" adlı şirkətin də təmsilçisidir. 

Ətraflı - Həm real, həm də virtual kitab rəflərində günümüzdə biznes dünyasına aid bir çox kitabları görmək olar. Bu kitablar üz
qabıqları ilə bizə çox şeyi söz versələr də, oxuduqcadan sonra praktiki əhəmiyyəti tapmaq çox çətin olur. "Karaoke kapitalizm" isə bizə qarşı hansısa strategiyanın, metodun, planın, yaxud da düşüncə tərzinin təbliğatçsı mövqeyindən çıxış etmir. Bu kitab bizə yaşadığımız dünyanın mahiyyətini başa salır. Mahiyyəti başa saldıqdan sonra isə günümüzdə keçərli olan düşüncə tərzləri ilə necə davranmalı olduğumuzu və necə hərəkət edə biləcəyimizə dair dəyərli fikirlər söyləyir. Nəzərə almaq lazımdır ki, mahiyyəti dərk etdikdən sonra biz özümüz qərar verməliyik. "Karaoke kapitalizm"-ə paralel kitablar isə oxucunu qərarverici kimi qəbul etmir, özünü hakim mövqe kimi qəbul edir və nəticədə oxucu anlaşılmaz situasiyalarla qarşı-qarşıya qalır, oxuduğundan fayda əldə edə bilmir. Çünki heç bir kitab fəaliyyətdə olduğu mühitin mahiyyətini və həqiqi dəyərlərini göstərmək kimi əziyyətə girişmir. Nəticədə bir çox biznes ədəbiyyatı lazımsız nümunələr və söz yığınına çevrilir. "Karaoke kapitalizm" isə insanların düşüncə tərzini günümüzə uyğunlaşdıra bilmək bacarığına malikdir. Bütün bunlar təsvirlər və suallar vasitəsiylə reallaşdırılır. 

3 qrup - Bəziləri müasir biznes ədəbiyyatları 3 qrupa bölür: 1-ci qrup: zibil. Bu qrupa aid edilən kitablar həm vaxta, həm də pula qarşı olan haqsızlıqdır. 2-ci qrup: biznes orientesiya. Biznes orientasiyaya aid kitablar müəyyən praktiki dəyərə malik olurlar. Məsələn, sizə müəyyən metodika, üsul, yanaşma tərzi, başqa sözlə, praktikada istifadə edə biləcəyiniz  biliklər təqdim edirlər. 3-cü qrup isə, bədii xüsusiyyətli biznes kitablardır. Bu qrupda müəlliflər sizinlə zarafat edirlər, maraqlı və heç də hər yerdə bilinməyən faktları və hadisələri bölüşürlər. Bunu canlı ünsiyyətə yaxın hesab etmək olar. 

Müəlliflər dönə-dönə qeyd edirlər ki, köhnə biznes tipi artıq ölüb. Artıq biz individualların erasında yaşayırıq. Bu individlər öz hüquqlarını və imkanlarını yaxşı bilirlər. Hər şey çox dəyişkəndir. Dünən pulla ala bilmədiklərinizi bu gün "kağız"-la olan qiymətini görə bilirsiz. Dünya qloballaşır və əgər kağız ehtiyyatınız kifayət qədərdirsə, istəklərinizi dünyanın istənilən nöqtəsindən əldə edə biləcəksiniz. Sadəcə məhsul və xidmətləri deyil, bacarıqları da əldə etməlisiniz ki, 365/24 rejimi çalışıb rəqabətdə üstün olasınız. 

Kitabda xüsusi olaraq vurğulanan məqam odur ki, "Karaoke kapitalizm" erasında hamı kimi olmamalısınız. Çox böyük kütlə sadəcə "karaoke" kimi eyni mahnını oxuyur və bir çox çətinliklərin içində itib batır. Bilik və istedad hər şeyi həll edir. Bilik və istedad isə mütləq istər resional olsun, istərsə də emosional olsun, innovasiya ilə nəticələnməlidir. Özünüzə yaradıcıllıq ab-havası yaradıb istehlakçıların istəkləri yönündə çalışmalısınız. İstehlakçıya dəyər və əhval-ruhiyyə yaratsaz, o sizin olacaq (müştəri). Bu ağır yoldur. Bu yolla hərəkət etmək üçün daima inkişafınızla nəticələnəcək bir çox suala cavab axtarmalı olacaqsınız. 

Mahiyyəti izah edən çox azsayılı kitablardan olduğuna görə, dəfələrlə oxumaq qərarına gəlmişəm. Rus dilində oxumaq üçün mötərizədəki linkə tıklaya bilərsiniz (yüklə), amma real kitab kimi oxusaz daha yaxşı olar. Çünki mətni tamamlayan olduqca maraqlı illüstrasiyalar var.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi