Qravitasiya - Gravity - Гравитация
Filmin qəhrəmanları hansı hissləri
keçirirdilərsə mən də onlara paralel həmin hissləri hiss edirdim. Etiraf edim
ki, bu məndə film izləyəndə heç də tez-tez olan şey deyil. Öz-özümə sual verməyə
bilmirdim ki, görəsən onlar xilas olacaqlar? Film insanı həm özüylə, həm də ətrafında
olanlarla dialoqa getməyə vadar edir.
Gözləntilərə cavab vermək baxımından
onu deyə bilərəm ki, mən qravitasiya anlayışını dərindən dərk etdim. Bunun üçün
film kifayət qədər izləyiciyə köməklik göstərir. Filmi izlədikcə başa düşdüm
ki, filmdə kosmos sadəcə fon kimi istifadə olunub. Əslində isə film dramadır –
insanın yalnızlığı, həyatının mənasını axtarması və çarəsizlik Sandra Bullokun
canlandırdığı obrazda öz təzahürünü tapır. Corc Kluninin ifa etdiyi personaj isə,
heç vaxt özünüidarəni itirməyən, təmkinli, optimistik missiya rəhbəri –
leytenant Kavalskidir. Kluninin ekran vaxtı az olsa da, öz yumor hissi ilə
yaddaşlarda olduqca canlı və unudulmaz obraz kimi qalır.

P.S. Amerikan filmi olaraq film özünü
tam doğruldur. Çünki filmdə baş verən faciənin kökündə ruslar dayanır.
Comments
Post a Comment