Oblivion
Filmin süjet xətti belədir: insanlarla
yadplanetli gəlmələr arasında baş vermiş müharibədən sonra yaranmış postapokaliptik
dünyada öz missiyalarıı yerinə yetirən texnik Cek (Tom Kruz) və onun “komanda
yoldaşı” Vika (Andrea Rayzboro) Yer planetində yaşayan axrıncı insan-işçilərdir.
Onlar planetdən enerji əldə edən Ted adlı kosmik stansiyanın terminal keşikçiləri
olan Dronların qayğısına qalırlar. Çünki Dronlar tez-tez hücumlara məruz
qalırlar. Bir müddət sonra isə həqiqət üzə çıxır. Həqiqət isə həmişəki kimi acı
tamlıdır.
Filmin təqdimatını oxuyanda,
treylerini izləyəndən sonra məndə avtomatik olaraq “Bu filmi nəyin bahasına
olursa olsun izləməliyəm. Budur bu həmin o çoxdan gözlədiyim filmdir.” fikri
yaranmışdı. İmkanlarım hal-hazırda məhdud olduğundan filmi çox sonralar izləyəcəyim
düşüncəsi də beynimdə paralel idi, lakin imkan oldu və filmi izlədim. Gözləntilərim
doğrulmadı desəm sizi aldatmaram. Filmin 100% plagiat olmasa da, əsas süjet xətti
“Ay 2112” filmindən, bir az “Adalar” və bir
az da “Sfera” filmlərinin süjetləri, ideyaları, başqa sözlə, filmlərin
dadı-duzu ədviyyatında, qarışığından ibarətdir. Filmi izlədikcə başa düşürdüm
ki, filmin müstəqil yenilikiləri çox azdı. Razılaşarsız ki, filmin çəkildiyi
janrında hansısa yeniliyi yaratmaq, tətqbiq etmək çox çətindi. Gələcəyin
dünyası bir çox amerikan rejissorlarının gözündə eynidi: dünyanın sonunu gətirəcək
antropogen zərərlər, kosmik təhlükələr, kosmosun fəthi, yadplanetli gəlmələr və
onların potensial hücümu və s. Bu filmdə sadalanan nüansların hamısından var,
lakin film sevgi və klassik “boevik” fəlsəfəli fantastik filmdir. Filmin
fantastikası məhduddur. Çox az futuristik uçan aparatlar, ixtiralar var.
Gəlin bir az da filmin rejissoru, aktyor heyəti və texniki parametrləri
haqqında söhbət aparaq: Rejissor: Deməli, film rejissor
Kosinskinin ikinci əsəridir. O, “Tron: Miras” filmi ilə debyut etmişdi. “Tron: Miras”
çox gözəl alınmış filmdir və heç də hamıya qismət olmur ki, məhz belə filmlə
debyut etsin. “Oblivion” filmi ilə o imicini müəyyən qədər itirəcək, amma ümid
edək ki, gələn dəfə belə səhv edib qeyri-orijinal filmə imza atmayacaq. Aktyorlar:
Tom Kruz bu filmə tam uyğun deyildi, məncə. Çünki o, lazımi səviyyədə planetin
son sakininin rolunu oynaya bilmədi. Andrea Rayzboro isə nə qədər çalışdısa da,
cansız performans sərgilədi. Olqa Kurilenqoya vacib rol tapşırılsa da, aktrisa
məni həm xarici görünüş baxımından, həm də ifa baxımından qane etmədi. Morqan
Friman isə ekranda nadir hallarda görsənirdi, ona görə də haqqında bir şey demək
düzgün deyil . Vizual xüsusiyyətlər: Gözəl dağıntı və landşaft təsvirləri var.
Rəng palitrası yaxşıdır. Xüsusi effektlər profesionalca tətbiq olunub. Məhz
vizul parametrlər filmi xilas edir. Bura müəyyən mənada da aktyorları əlavə etmək
olar.
Biz, insanlar çəkdiyimiz filmlərdə və yazdığımız kitablarda
planetimizi dağıdırıq, məhv edirik, sanki, bundan zövq və həzz alırıq. Axı ümumi
bəşəriyyət düşüncələrin vacibliyini, fikirlərin reallaşdığını başa düşür. Biz
insanlar dünyamızı bax belə təsəvvür edə-edə hara gedirik? Ola bilər bu
dağıntılar, talanlar insanlara çox çox uzaq gələcəyin işi kimi gəlir, lakin bu
belə deyil. Belə filmlərin və kitabların çox sevilməsi və təbliğ edilməsi də bu
səbəbə görə ola bilər. Təhlil ediləsi mövzudu.
Son olaraq bu filmi izlədikdən və haqqında düşündükdən sonra belə
süjetli filmlərə qarşı soyudum. Planetimizi qorumalı və ən əsası isə onun gələcəyini
yaxşı düşünməliyik. Planetimiz bizim evimizdir. Gəlin onun gələcəyini qaranlıq
yox işıqlı düşünək. Məhz bu düşüncə bizə bu gün onu qorumaq üçün stimul verəcək.
Comments
Post a Comment