Cim Lesinski - ZMOT

Müəllif haqqında – Cim Lesinski Google şirkətinin Çikaqoda yerləşən ofisində “U.S Sales & Service” şöbəsinin müdiri vəzifəsində çalışır və 20 illik inteqral marketinq təcrübəsi var. Google-a gəlməmişdən öncə “DDB”, “marchfirst”, “Young & Rubicam” və “EuroRSCG” şirkətlərində rəhbər vəzifələrdə işləmişdir. Cim bu gün brend marketinq, data analizi, onlayn müştəri ehtiyaclarının müəyyənləşdirilməsi kimi müxtəlif marketinq sferalarında minlərlə çalışanlara yardım edir. Müəllifi tez-tez bir çox tədbirlərə, konfranslara və universitetlərə öz təcrübəsini və zəngin biliyini bölüşmək üçün dəvət edirlər. Müəllif incəsənət sahəsi üzrə Notrdamda bakalavr, İllinoys universitetində isə MBA üzrə magistr dərəsələrini almışdır. Cim sadəcə marketinqlə deyil, ifa etdiyi və ehtirasla sevdiyi cazla da məşğul olur. Onun cazz sahəsində zəngin kolleksiyası var və müxtəlif bloqlarda, müxtəlif insanlarla hobbisi ilə müzakirələr aparır və informasiya mübadiləsi edir. Gördüyümüz kimi bu insanın zəngin təcrübəsi BBA, MBA və onunla əlaqədar olan digər sahələrdə, xüsusilə də marketinq sahəsində çox dəyərlidir.

         ZMOT. Bu anlayışla tanış olmağım mənim üçün ixtisasım (BBA) baxımından müasir elmi yenilkləri izləməyim sarıdan çox əhəmiyyətli oldu. ZMOT nətir? ZMOT hər gün milyonlarla smartfon, notebook, planşet və digər informasiya texnologiyalarında baş verən prosesdir. Zero Moment Of Truth ZMOT-un açılışıdır. Hərfi tərcümədə “Həqiqətin sıfırıncı anı” kimi tərcümə olunur və olduqca sistemli anlayışdır. Prinsipcə yeni anlayış olmasa da, bir çox biznes strukturlarında bu anlayış tətbiq olunmağa yeni-yeni başlayır və bir çox dünya brendlərinin uğur və uğursuzluqlarını müəyyən edir.  ZMOT yeni anlayış olsa da, bu gün mütəxəssislər başa düşür ki, ZMOT marketinqin baş verdiyi andır. Bəs yaxşı tam mənada bu nə deməkdir? Deyək ki, siz televizorda hansısa şirənin reklamını gördünüz. Müxtəlif səbəblərə görə bəyəndiniz və dükana gedib onu almaq qərarını verdiniz. Dükana gedib aldınız və evdə dadına baxıb müəyyən təcrübə sahibi oldunuz. Bu marketinqin klassik “Stimul-Piştaxta-Təcrübə” mental modelidir. Son dövrlərdə isə internetin inkişaf etməsi ilə bağlı olaraq istehlakçılar almaq istədikləri bir çox məhsullar haqqında bilavasitə onlayn rejimdə məlumat toplayırlar və bu zaman marketinqin klassik “Stimul-Piştaxta-Təcrübə” mental modeli əvəzinə “Stimul-ZMOT-Piştaxta (FMOT1) – Təcrübə (SMOT2)” mental modeli gəlir. Siz almaq istədiyiniz məhsulu sizdən öncə alıb istehlak etmiş insanların rəyləri əsasında öz sıfırıncı həqiqət anınızı yaradırsınız. Beləliklə bu mental-model günümüzdə o qədər önəm qazanıb ki, artıq dünyanı bir çox tanınmış brendləri öz şirkətlərində ZMOT departamentlər (şöbələr) yaradıb data analizi icra edirlər. Kitabda dünyada tanınmış bir çox brendlərin nümayəndələri öz fikirlərini bizimlə bölüşmüş və beləliklə ortaya olduqca praktiki baxımdan dəyərli kitab çıxmışdır.

         Kitab sadə dildə yazılmışdır. Kitabın 20 % - i sizin üçün olduqca yeni məlumatlarla zəngin, 80%-i isə bu məlumatların müxtəlif marketinq mütəxəssisləri tərəfindən təsdiqlənməsindən ibarətdir. Kitab pulsuz olaraq internetdə yayımlanır və BBA, MBA və bilavasitə marketinq sahəsi üzrə yeniliklərin izlənməsi baxımından olduqca məsləhtlidir. Bundan əlavə zeromontoftruth.com saytı vasitəsi ilə siz aktual xəbərləri oxuya, yeni müsahibələrə nəzər sala, başqa sözlə, günümüzün marketinq yenilikləri haqqında tam və dolğun məlumatlar ala bilərsiniz.  
         Əslində mənim bu yazım kitabla maraqlananlar üçün ZMOT-dur : ) 


FMOT – First Moment of Truth
SMOT – Second Moment of Truth


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi