Frank Pavloff - Qəhvəyi Səhər - Франк Павлофф - Коричневое утро
“Qəhvəyi Səhər” Frank Pavloff tərəfindən
1998-ci ilin dekabrında yazılıb. Süjet və üslub olduqca sadədir: İki dost qəhvəyilərin
formalaşan hakimiyyətini görə-görə laqeyd qalmağı seçirlər. Qəhrəmanlarımız heç
nə hiss etməsələr də nəticələri görürlər: itlər, pişiklər, qəzetlər, kitablar və
mediya rəngini dəyişib qəhvəyi olur. Qəhrəmanlarımız belə qərara gəlirlər ki,
narahatçılığa heç bir lüzum yoxdur. Sadəcə qaydalara əməl etmək lazımdır. Yaxşı
bəs qəhvəyilər dayanacaqlarmı, yoxsa daha da irəli gedəcəklər?
Pavloffun 12 səhifəlik siyası motiv və
metaforalı anti-faşist əsəri dünyada 1500000 nüsxə satılaraq, 10 il bestsellerlər
siyahısında qalmışdır. Hal-hazırda dünyanın 25 ölkəsində bu anti-faşist əsəri
bir çox cəmiyyətlərdə müzakirə edirlər. “Qəhvəyi” simvolik olaraq SS polisini
bildirir.
Qəhvəyi...bu rəng elə-belə rəng deyil. 20-ci
əsrdə bu rəng xüsusi əhəmiyyətli oldu. Qəhvəyi rəng qeyri-rəsmi olaraq nasistlərin
rənginə çevrildi.
Frank Pavloff |
Çox maraqlıdır ki, həcmcə inanılmaz dərəcədə
kiçik olan belə bir əsərdə belə bir qorxulu “nağıl” sığışıb. Cəmi bir rəng və
iki qəhrəman. Əsər şübhəsiz ki, “1984”-ü xatırladır. “Qəhvəyi səhər”
onlar anlamasa da, sizin uşaqlarınızla faşizm haqqında olan söhbətinizdir. Bizim
hamımızı eyni rəngə boyamaq istəyəndə biz gərək hansı tərəfdə olduğumuzun,
hansı düşüncələrlə hərəkət etdiyimizin haqqında yaxşı-yaxşı düşünək. Düşünəsən
ki, mən bu yeniliyə necə reaksiya verməliyəm. Çünki bunu etməsən öz şəxsiyyətini
öldürmüş olursan. Şəxsiyyəti öldürmək, boğmaq isə insanı manqurtlaşdırar, onu
uzaqdan rahatlıqla idarə olunan subyektə çevirər. Bizim düşmən olaraq qəbul
etdiyimiz anlayışların arxasında isə yeganə bir şey dayanır: laqeydlik. Məhz
damla-damla toplanan laqeydlik mayesi sonra bizim özümüzü zəhərləyir. Çünki
onun elə bir xüsusiyyəti var ki, nə qədər çoxalırsa, bir o qədər çox zərərli
olur. Az olanda və ya olmayanda isə yenə nə isə etmək mümkündür. Əsas məsələ isə
bax belə əsərlər vasitəsilə insanların uşaq yaşlarından möhkəm şəxsiyyətli
formalaşdırmaqdır. Dünyaya gələn hər bir insanın haqqları var. Birinci zərbə
layeqydliyə vurulmalıdır. Bunu aşağıdakı cümlələrdə də gözəl formada anlamaq
mümkündür:
«Bütün gecəni gözümü də qırpmadım. Özlərinin heyvanlar haqqında
qanun-qaydalarını çxaran kimi mən gərək qəhvəyilərə qarşı dərhal reaksiya verərdim.
Nəticə etibariylə mənim qara pişiyim, Çarlinin isə qara Labradoru var idi. Biz
gərək “yox” deyərdik. Müqavimət göstərək, amma necə? Vaxt uçur: iş, hər gün
hansısa işlər. Digərləri də onları rahat buraxsınlar deyə əllərini aşağı
salırlar.»
Comments
Post a Comment