Çingiz Abdullayev - Bakı Bulvarı

Əsərin maraqlı üslubu var. Fəridə Vəliyeva boşanmış qadındır.
Bu anlayış dünyanın bir çox ölkələrində tam normal bir şey kimi qəbul edilsə də,
Azərbaycan reallıqları tamam başqa şeylərdən dəm vurur. Bunu elə qəhrəmanımızın
özü də vurğulayır. Belə ki, roman baş obrazın daxili dünyasında baş verən hadisələrdən
xarici aləmində çox qısa müddətdə baş verən hadisələrə keçid formatındadır. Hər
şey çox qısa zaman aralığında baş verdi. Fəridə Vəliyevanın böyük oyunlarda
iştirakçı olmuş Ömər Xalid adlı şəxslə tanışlığı onun həyatını sözün həqiqi mənasında
dəyişir. Fəridə bir çox yaxınlarını itirir, sarsıntılar keçirir. Kitabı vərəqlədikcə
macera və müəmmalar artır. Çoxlu suallar yaranır. Suallar sonda cavabını tapır.
Maraqlı burasıdır ki, əsərin
adı özünü doğrultmur. Mənim üçün bu çox vacib məsələdir. Ad seçimində yazıçı
çox diqqətli və düşüncəli olmalıdır. Əsərin ilk səhifələrində Bakı bulvarı və
onun ətrafında aid təsvirlər olsa da, sonrası, yəni əsas hissəsi bu adla
uyğunlaşmadı və adla romanın süjeti arasında uçurum yaratdı. Bir digər bəyənmədiyim
məqam, yazıçının bəzi yerlərdə gülməli təsvirlər etməsidir. Əsərin ilk səhifələrində
Fəridə Vəliyeva baldırlarından şikayət edirdi, mənsə gülürdüm. Bir digər vacib
məsələ: yazıçı müasir Azərbaycanımızın qadın problemlərinə işıq salmaq istəyib.
Nə uğurlu hesab etmək olar, nə də uğursuz.
Hər halda
Ç.Abdullayevin əsərlərin keyfiyyətli ideya baxımında oxunmağa layiqdir. İmkan
olduqca digər əsərləri ilə də tanış olmağa çalışacam.
Əsasən siyasi-dedektivləri çox yaxşıdı. Məs: "Mavi Mələklər", "İnsan ovu" və s. "Qatil üçün qran-pri", "Araftan kurtuluş" və onun ardı olan 'Kurtlar Sofrasında"
ReplyDeletesiyasi dedektivlərə mən çox da maraq və həvəs göstərmirəm.
DeleteBes biz bulari neter yukleyek?
ReplyDeletebunu satın almaq lazımdır
Delete