Çingiz Abdullayev - Bakı Bulvarı

         Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün on­ların arxasında kim dayanıb…   
            İlboyu kitabları satış baxımından heç vaxt korluq çəkməyən, məşhur, dəyərli ideya yaratmağı bacaran dedektiv əsərlərin müəllifi Çingiz Abdullayevin, sayca 3-cü kitabın oxudum (bundan öncə "Alçağın üslubu" və "Veneranın ikinci dəfə dünyaya gəlməsi" kitablarını oxumuşdum). "Bakı bulvarı" kitabı mənim üçün həm nöqsanları həm də müəmmalı dedektiv əsəri xüsusiyyətinə görə yaddaqalan oldu.
         Əsərin maraqlı üslubu var. Fəridə Vəliyeva boşanmış qadındır. Bu anlayış dünyanın bir çox ölkələrində tam normal bir şey kimi qəbul edilsə də, Azərbaycan reallıqları tamam başqa şeylərdən dəm vurur. Bunu elə qəhrəmanımızın özü də vurğulayır. Belə ki, roman baş obrazın daxili dünyasında baş verən hadisələrdən xarici aləmində çox qısa müddətdə baş verən hadisələrə keçid formatındadır. Hər şey çox qısa zaman aralığında baş verdi. Fəridə Vəliyevanın böyük oyunlarda iştirakçı olmuş Ömər Xalid adlı şəxslə tanışlığı onun həyatını sözün həqiqi mənasında dəyişir. Fəridə bir çox yaxınlarını itirir, sarsıntılar keçirir. Kitabı vərəqlədikcə macera və müəmmalar artır. Çoxlu suallar yaranır. Suallar sonda cavabını tapır.
         Maraqlı burasıdır ki, əsərin adı özünü doğrultmur. Mənim üçün bu çox vacib məsələdir. Ad seçimində yazıçı çox diqqətli və düşüncəli olmalıdır. Əsərin ilk səhifələrində Bakı bulvarı və onun ətrafında aid təsvirlər olsa da, sonrası, yəni əsas hissəsi bu adla uyğunlaşmadı və adla romanın süjeti arasında uçurum yaratdı. Bir digər bəyənmədiyim məqam, yazıçının bəzi yerlərdə gülməli təsvirlər etməsidir. Əsərin ilk səhifələrində Fəridə Vəliyeva baldırlarından şikayət edirdi, mənsə gülürdüm. Bir digər vacib məsələ: yazıçı müasir Azərbaycanımızın qadın problemlərinə işıq salmaq istəyib. Nə uğurlu hesab etmək olar, nə də uğursuz.

       Hər halda Ç.Abdullayevin əsərlərin keyfiyyətli ideya baxımında oxunmağa layiqdir. İmkan olduqca digər əsərləri ilə də tanış olmağa çalışacam. 

Comments

  1. Əsasən siyasi-dedektivləri çox yaxşıdı. Məs: "Mavi Mələklər", "İnsan ovu" və s. "Qatil üçün qran-pri", "Araftan kurtuluş" və onun ardı olan 'Kurtlar Sofrasında"

    ReplyDelete
    Replies
    1. siyasi dedektivlərə mən çox da maraq və həvəs göstərmirəm.

      Delete
  2. Bes biz bulari neter yukleyek?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi