1+1 - Intouchables - Неприкасаемые

Film möhkəm dostluq haqqındadır. Var-dövlət
və hətta mənəviyyat, savad baxımından zəngin olan Filipp, qəza nəticəsində əlil
olsa da, onun əllilliyi bəlkə də onu bədbəxt etmir, amma sevdiyini itirəndən
sonra onun həqiqi dostluğuna ehtiyacı var idi. O dostluq ki bir-birilərini
yarım kəlimədən anlayırlar. Driss və Filipp birlikdə böyük mənəvi güc, gənclik,
mobillik, intellekt və yumor əmələ gətirirlər. Xüsusiylə yumorun üzərində
dayanmaq istərdim. Filmdə güldüyüm zaman ürəkdən, hansısa ucuz "kamedi
klab" məhsulu olmayan, həqiqi intellektual yumorun nəticəsində yaranmış
yumora güldüm. Drissin hər hərəkəti Filippin simasında gülüş yaradırdı (hələ
üstəlik onlar operada olanda Drissin reaksiyasına mən o qədər yüksəkdən güldüm
ki, mümkündür ki qonşular da eşitsin).
Razılaşarsız ki, kinematoqrafiya və
roman biznesində biri ölümcül xəstə və ya əlil obraz olmaqla iki obrazın bir-birilərinə
ya sevgi, ya da dostluq münasibəti bəsləmələri haqqında bir çox nümunələr var. Belə
dramatik, tragik nümunələrə artıq doysam da, filmdə artıq, lazımsız bir şey
tapmadım. Əksinə qəhrəmanların sifətlərindəki emosiyaları bir-bir oxuduqca
rejissor işinə heyran qaldım. Diqqətlə baxanda belə başa düşürəm ki, filmin nə
başlanğıcı var, nə razvyaskası, nə də sonluğu var. Film bizə sadəcə axıb gedən
həyatı göstərir. Bizim üzərimizə düşən filmin hər dəqiqəsindən zövq almaq
düşür.
Gözəl, mehriban atmosfer, musiqi, yumor
və qəhrəmanların real prototipləri ilə olan kadrlara görə təşəkkür!
Flipin Drissi secmesinde esas amil kimi, onun problemini gormeden onunla cox serbest ve rahat davranisi onu heyata baglamasidir deye dusunurem. Bele veziyyetde olan insanin heyat enerjisine daha cox ehtiyac var ve Flip bunu Drissde hiss ede bilirdi.
ReplyDelete