Stiven Kinq - Mobil - Мобильник - Cep - Cell
Dünya şöhrətli yazıçı Stiven Kinqin oxuduğum ilk kitabı haqqında
yazıram. Kitabları əsasında çəkilmiş filmlərə baxsam da, indiyə qədər heç bir
kitabını oxumamışdım. “Mobil” romanı haqqında məlumat topladıqdan sonra maraqlı
olacağını düşündüm və qərar verdim ki, bu kitabı oxumalıyam. Müəyyən mənada isə
buna peşman oldum. Aydınlaşdırıram: Ümumiyyətlə apokalipsis (bəşəriyyətin sonu
və ya məhvi) mövzusu mənim üçün ən maraqlı gələn mövzulardandı və mənim
burulğanlı fantaziyam həmişə dünyanın sonu haqqında müxtəlif versiyalar
hazırlayıb qarşıma qoyub. Rezerv kopyalama və zombi-tematika əsasında yazılan
kitabın ideyası odur ki, insanlar mobil telefonların dalğaları vasitəsi ilə zombiləşib
bir-birilərini qanına qəltan edirlər. daha sonra isə zombiləşmiş kütlə özlərinin
soçiumlarını yaradırlar. Lakin Kinq əsərində heç nəyi izah etməyib. Mən çox
gözlədim ki, ciddi əsaslandırmalar və izahlar olacaq, amma olmadı ki, bu da mənim
əhvalımı pozdu. Kitabı türkiyə türkcəsində oxuduğumdan onu da deyə bilərəm ki. Tərcümə
də ürəyaçan deyil.
Bu haqda mən çox düşünmüşəm. telefonlar, planşetlər, kompyuterlər
insaları daha çox asılı edir. “Böyük qardaş” bizim həyatımıza daha rahat
müdaxilə edir. Roman mobil telefonları hədəf alıb. Mobil telefondan çox istifadə
edən deyiləm. İfrada qaçmaq lazım deyil, amma qızlara vaxtı-vaxtında zəng etməyəndə
xətirlərinə dəyir))
Bəli, Kinq haqlıdır. Bəşəriyyət necəsə texnoloji səbəblərə görə məhv
olacaq, və romanın maraqlı ideyası və motivləri alternativlərdən biri ola bilər.
Xaotik süjeti, qeyri-kamil obrazları,
bir çox yerlərində olan qeyri-müəyyənlikləri və söz oyunlarına görə romana yüksək
qiymət verməzdim. Yazıçının bir çox yerlərdə - əlbəttə ki, mənə görə - səhvləri
var. məsələn romanın ideyasını girişdə dərhal vermiş və sonra da uzunçuluq
etmişdir.
Hər halda ilk tanışlığım məni qane etməsə
də, ikinci cəhdimi də edəcəm. bu dəfə türkiyə türkcəsində deyil ya rus dilində,
ya da ingilis dilində oxumağa çalışacam.
This comment has been removed by the author.
ReplyDeleteStiven Kinqin eserlerinden ingilisce oxudugum The Breathing method, turkce oxudugum Hayvan mezarligi xosuma gelmisdi. Hayvan mezarligina aid kino da var. Kifayet qeder qorxulu ve tukurpedicidi:):) Buna baxmayaraq xosuma gelmisdi:)
ReplyDeleteNə danışırsan? Stiven Kinqin əsərini bəyənməmək?? Kinq dahidir və sən onun sadəcə 1 əsərini oxuyaraq (özü də türkcə) ona qiymət vermə cəsarətini özündə tapmısansa - bravo.
ReplyDeletemən sadəcə bir romana qiymət vermişəm, ümumi yazıçının yaradıcıllığına, üslubuna, bədii sənətkarlıq imkanlarına şərh verməmişəm.
Delete