Glengarry Glen Ross - Amerikalılar


Aldatmaq və fənd işlədmək onların peşəsidi və onlar bunu yaxşı etmək üçün çalışırlar.

Sat  ya da satılmış ol!!


David Memetin məşhur teatr pyesi əsasında çəkilmiş olan bir film. Film adətən bizə göstərilən kimsəsiz adada, meşədə yox, adicə ofisdə sağ qalmaq haqqındadır. Ancaq ki, bu ofisdə də sağ qalmaq kimsəsiz ada və meşədə sağ qalmaqdan heç də fərqli deyil. Uğurun, uğursuzluğun, eqoizmin, rəqabətin insanı necə dəyişdirdiyinin şahidi olmaq üçün bu film əla fürsətdi. Sizi inandırıram ki, filmi izlədikdən sonra siz satış işlərinə gedib gedməyəcəyiniz haqqında düşünməyə başlayacaqsınız (məni doğru başa düşün. Satış işinin yaxşı ya da pis olduğunu nəzərdə tutmuram. Olduqca güclü şəxsiyyət tələb etdiyini əminliklə vurğulayıram). Satış işində işləməsəm də mənlik olmadığını bilirəm və bu film bunu mənə bir daha göstərdi. Mövzusu etibariylə belə realistik film izləməmişdim. Bilirsiz nəyi xatırladım? Mən uşaq olanda atam o vaxtlar polis işləyirdi və məni hərdən iş yerinə aparardı. Kənarda oturub böyük əmilərin necə işlədiyini seyr edərdim. İndi də bu filmi izləyəndə sanki kənarda oturmuş balaca uşaq idim və “əmi”lərin işləməyini izləyirdim. Çox şey öyrəndim bu filmdən. Heç film də adlandırmaq istəməzdim bu ekran əsərini. Filmi izlədikdən sonra sadəcə satış işinə gedib getməmək haqqında yox eyni zamanda Amerikan iş həyatı, əxlaqı haqqında da düşünürsən. Daha sonra öz ölkəmdəki iş həyatı haqqında da fikirləşdim. Filmdə iş yoldaşlarının bir-birilərinə qarşı olan münasibətini mən vəhşi heyvanlardan fərqləndirməzdim. Biz şərq insanları belə deyilik. İş yoldaşımız bizə artıq əskik  bir şey desə ən azından qanlı dava düşər. Məgər Amerikada belə deyilmiş (hərgah bu dərəcədə olmağına da bir az şübhə edirəm).  Aktyor performnası cəhətdən mükəmməllik hökm sürdüyünü deyə bilərəm: Al Paçino, Alek Bouldvin, Cek Lemmon, Ed Harris. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi