Güntay Gəncalp - Səfəvilər


Bu kitab haqqında məlumatım var idi. Güntay Gəncalpın Yağız Qarışqalar romanını oxuduqdan sonra digər əsərlərinə də marağım yarandı. Kitabı almaq qərarına gəldikdə və aldıqdan sonra çox fikirləşdim ki, bu kitab verdiyim məbləğə (6 AZN) dəydi yoxsa yox. Kitabın daha ilk səhifələrindən kitabın mənim intelektuallığımda çox böyük rol oynayacağını sezdim. Bəli bu belə də oldu. Güntay müəllimin bal arısı kimi müxtəlif qaynaqladan toplanan məlumatlar və şəxsi fikirləri əsasında hazırladığı bu kitabı bəyəndim. Rahatlıqla deyə bilərəm ki, bizə orta məktəblərdə Səfəvilər tarixi haqqında öyrədilənlər o qədər azdı ki, heç bunu adını da tutmaq istəmirəm (demirəm yalandı! Sadəcə təhriflidi). Əlbəttə bəzi məlumatları orta məktəb şagirdlərinə çatdırmaq məktəbin elm və tərbiyə funksiyasına uyğun gəlmir. Ona görə də əslində olmaması lazımdır. Kitab haqqında çox söz deyə bilməyəcəm. Araşdırma – tarix üslubunda yazılan kitab üzərində də yazıldığı kimi Səfəvilər tarixinə fərqli baxış haqqındadır. Bu fərqli baxış bəzilərinə olduqca fərqli gələ bilər. Səfəvilərin bizim tariximizdə sözün hər mənasında rolu böyük olmuşdur. Bu günkü hadisələrin anlaşılması üçün tariximizi obyektiv qaynaqlardan öyrənməli, təhlil etməli, dərs çıxarmalı və bəzi şeyləri düzəltməliyik (hərgah bu fikir də ağlımda hərlənir: əgər tarixdən bütün yalanları çıxardsaq onda onda heç bir şey qalmaz). Kitab İslamda məzhəblərin yaranmasının təsvri ilə başlayır və xüsusi ilə şiəliyin kökünü araşdıraraq, pirlərin yaranması üzərində dayanır. Çünkü pirlər Səfəvilərin tarixində xüsusi rola malikdir. Böyük imperatorluğun yaranmasını addım-addım izah edir və bizə bəlli olmayan amma müxtəlif tarixçilərin əsərlərində yer alan faktalrı bizə çatdırır. Kitab mənə olduqca sistemli əsər təəsüratını bağışladı. Kitabı oxuduqdan sonra bir xeyli şey öyrənəcəyinizə əmin ola bilərsiz. Ən azından məndə belə oldu. Kitab  bir çox tarixçilərin və tarix sahəsinə yaxın olanların tənqidinə məruz qalıb.İnternetdə axtarış etdikdə bəzilərini bu kitabın olduqca savadsız yazıldığını söylədiklərini gördüm. Güntay müəllim zamanda səyahət edib Şah İsmayılın yanına gedib onun necə bir insan olduğunu və nələr etdiyini öyrənə bilməzdi. Onun da istinad etdiyi qaynaqlar və onların əsasında formalaşdırdığı fikirləri var. Kitabda dipnot olaraq istinad olunan qaynaqlar verilib. Kitab xəyal məhsulu deyil. Dəyərli tarixi araşdırma kitabıdır!! Kitabı tənqid edən “savadlı” tarixçilər paradiqmalarını dəyişdirmə bacarığına sahib olmadıqlarına görə, real tarixi qaynaqlara əsaslanaraq yazılan kitabı çox gülünc yanaşma tərzləri və baxış bucaqları ilə təhlil edib məqalələr yazmışlar. Nəysə mən onlara çox vaxt ayırmaq istəmirəm. Məncə Azərbaycan tarixi ilə maraqlananlar bu kitabı oxumalı və bəzi məqamları özlərinə aydınlaşdırmalıdırlar. Mən bundan sonra bir neçə dəfə də bu kitaba müraciət edəcəm. Odur ki, kitabxanamda bu kitabın olmasına mənmnunam. Güntay müəllimin digər kitablarını da böyük məmnuniyyətlə kitabxanama əlavə edərəm . 

Comments

  1. bu kitabi oxumaq isteyirdim, ancaq fikrim yox idi deye qerarsiz idim tesekkur

    ReplyDelete
    Replies
    1. Dəyməz) oxu qazanarsan ki itirməzsən)

      Delete
    2. Calisaram :) hele ki bolluqdur :)

      Delete
    3. Sizə təşəkkürlər Güntay müəllim

      Delete
    4. Guntay Gencelpin bu kitabi tarixi olmaqla yanasi hem de dini kitabdir. Ve sexsen eminlikle deyim ki, bu uslubda yazlmis kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin meyarlarina ziddir. Eger Guntay Gencalp o kitabi "Sefeviler" adi altinda ve Tarixi Kitab (tarix kitabi ve s.) deyil, Dini Kitab (Dini mezmunlu kitab ve s.) kimi teqdim elese idi, onun nesrine Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi icaze vermeyecekdi. Bununla yanasi en azindan sirf dini hisseleri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsine teqdim etmeli idi. Bu kitabla (ehtiva etdiyi dini mezmunla) bagli Guntay Gencelpa mehkeme acilsa teecublenmerem.

      Delete
  2. http://www.baybak.com/depo11007/GuntayGencalpSefevilerEd2Quzey.pdf

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi