Lewis Perdue - Kusursuz Katil - Perfect Killer

Bəyənmədiyim cəhətlər:
1) Qeyri-orijinal (banal) süjet xətti. Yeni heç bir şey öyrənmirsən. Çox
yox, ordu, gizli agentlər və dünyanı xilas edən qəhrəmnalara aid üç-dörd
Amerikan filmi izləmisiz isə bu kitab sizə darıxdırıcı və vaxt itkisi gələcək.
Sadəcə romanın sonunda klassik fizikanın yanıldığını və ordulara kimyəvi dərmnanların
tətbiqinin cəmiyyət üçün nə ilə nəticələcəyini izah edən qisim yaxşı oldu.
2) Dedektiv, psixoloji, qorxu, elmi-fantastik romanlarda bədii cümlələrin
azlığı mənim üçün o əsəri sevməməyim üçün əsas ola bilər. Qaldı ki, bu romana
burda da ifrad dərəcədə olmasa da söz oyunundan, kitabı qalın etməkdən başqa
bir şey deyil.
3) Romanda baş qəhrəman olan doktor Stonun başına gələn hadisələr
arasındakı əlaqələr də xoşuma gəlmədi. Çox sürətli və anlaşılması çətindi.
4) Romanda müxtəlif elm sahələrinə aid verilən bilgilərin anlaşılması çətindir.
Bəyəndiyim cəhətlər:
1) Tərcümə yaxşıdı. Elmi məlumatları saymasaq romanın ümumi cümlələrinə
heç deməzsən ki, tərcümədir.
2) Kitabın sonunda yuxarıda da qeyd etdiyim kimi elmi məqamlara
toxunularaq elmi məlumatlar verilib. Məsələn: klassik fizikanın yanılqısı, maddə
və enerjinin bir-birindən ayrılmazlığı və bu günə qədər insanların yalnış
düşünməyi və bio-kimyadan istifadə edərək insanı dəyərlərin yox edilməsi.
3) Romanın baş qəhrəmanını - Dr. Brad Stone - bəyəndim əslində. Onun şəxsiyyəti
və başına gələnlər diqqətə layiqdir.
Comments
Post a Comment