"Yüreğim baştan başa bir
diyarı haraptır,
Bağrımda can çekişen, bir avuç ızdıraptır.''
Kitab yuxarıdakı misralarla başlayır. Kitabı çoxdan oxusam da
haqqında danışsam yaxşı olar. Osmanlıların son illərini roman kimi təsvir edən,
maraqlı, real hadisələrə əsaslanan əsər. Osmanlıların sonu, çətin
iqtisadi-siyasi, sosial durum və insanlar da gərginlik içində. Qürbəti mən
yaşadım. Adını tamamilə doğruldan və insana maraqlı hisslər yaşadan roman. Qürbəti
ayrılanlardan kim çəkir? Gedən yoxsa qalan? Qürbət nədir? Qürbət vətəndən kənardısa,
vətən nədir? Haradır? Vətəndə ola-ola qürbəti yaşamaq olar? Əsərin baş qəhrəmanı
birinci dünya müharibəsində ruslara əsir düşür və başına gələnlərə dözərək vətəninə
geri dönür. Əsər Anadolu həyat tərzindən epizodlarla başlayır. Bildiyimiz kimi
insan yaranandan sosial və digər bərabərsizliklər də yaranıb. Olub, var,
olacaq. Ahmed bəy bunu orta səviyyədə olsa da təsvir edib və bunu bəyəndim. Romanın
bəyənmədiyim və məncə bir çoxlarına da çətinlik yaradacaq cəhəti köhnə Türk
sözlərindən istifadədir. Buna baxmayaraq marağınızı cəlb edəb sözləri qeyd
edib, internetdən mənasını öyrənə bilərsiz. Üslubu axıcı, səmimidir. Aşağıdakı
misralarda isə yalnızlıq, çətinlik və qəhrəman Türk qadını təsvirlərini
açıq-aşkar görmək mümkündür.
"Anne benim babam yok mu, nerde kaldı gelmedi?
Gözlerimden akan yaşı yavrum diyip silmedi
Ben büyüdüm, beni görüp muradına ermedi
Hep gidenler döndü fakat, benim babam gelmedi"
P.S. Yazı kitapyurdu.com saytının
müvafiq kitab üzrə oxuyucu şərhləri və mənim şəxsi fikirlərim əsasında
hazırlanmışdır.
Comments
Post a Comment