The Man From Nowhere


Lori dildə desək: “davalı film”ləri sevmirəm. The Matrix seriyasından olan üç hissəli film də “davalı” film olsa da onun maraqlı fəlsəfi ideyaları var. Ona görə o istisnadır. Bu istisnalar da həmişə işi korlayırlar. : ) Bu yaxınlarda “çoxdandı yapon filmləri izləmirəm” deyə fikirləşib bilgisayarda olan bəzi yapon filmlərini izlədim. Bloqumun daimi izləyicisi isən, əsasən yapon drama, melodrama, faciə, romantik və müxtəlif janrda (fantastik, elmi-fantastik, romantik və s.) animelərin həvəskarı olduğumu yəqin ki bilirsən. Di gəl ki, bu dəfə “davalı” film izlədim. Film digər “davalı” filmlərdən fərqlənir. İlk epizodlardan bunu rahatlıqla hiss etdim. Qaranlıq, kədərli keçmişi olan, asosyal birisinin gözdən uzaq yerdə “maskerovka” işdə işləyərək həyatını sürdürməsində çox böyük fərqlilik yoxdur. Filmin ilk dəqiqələri belə olsa da sonrasında olduqca maraqlı məqamlar əmələ gəldi. Süjet xəttini  bura yaza bilməsəm də, narkotik, orqan alveri, bir sözlə yapon mafiyasının hansı işlərlə məşğul olduğu yaxşı təsvir olunub. Filmin İMDb qiyməti də yüksəkdir – 7.9dur. Qonşusu olan balaca qızcığazı xilas etmək üçün qəhrəmanımız özünü əməlli başlı oda – suya vurur. Filmin sonu olduqca diqqətimi cəlb etdi. Yəni hər şey gözləniləndən fərqli oldu. Bəli film “həppi endinq”li olsa da baxdığım bu tipli filmlər arasında xoşbəxt sonluğa layiq olanlardan hesab edirəm. Film bəziləri üçün çox şişirdilmiş kimi gələ bilər amma məncə qəhrəmanın açıqlanan keçmişinə əsasən onun təkbaşına böyük adamlarla mübarizəyə girişməsi normal qarşılanmalıdır.  Baş rolun şəxsiyyət analizi sadədir. Psixolojik travmalı, asosyal, xüsusi şəraitdə yetişdirilmiş, qəlbindəki sevgi uzun müddətli fasilədən sonra bir daha özünü göstərən keçmiş əsgər.

Filmdən sitatlar: 

Əgər səndən də nifrət etsəm dünyada daha sevəcəyim heç kim qalmaz.


" Siz sabah üçün yaşayırsız elə deyilmi? Sabah üçün yaşayanın bu gün yaşayan qarşısında heç bir şansı yoxdu. Mən sadəcə bu gün üçün yaşayıram və bunu necə qorxunc şey olduğunu indi sizə göstərəcəm!! "



Bəzən insan birinə yaxın olmaq üçün ondan uzaqlaşmalıdır. Niyə? Mən də bilmirəm

P.S. Filmdə belə bir şey deyildi ki, bəs baş qəhrəman orduda xüsusi qəddarlığı ilə seçilən dəstədə olub və fəaliyyət göstərib. Bu haqda az-çox eşitmişəm və məncə bizim orduda da xüsusi qəddarlıqla seçilən dəstələr yaradılmalıdır (bəlkə də var). Sülh yaratmaq üçün qəddarlıq vacibdir. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi