Kuklalar - Dolls - Куклы

Kukla nədir? İnsanın müxtəlif tamaşaları göstərmək üçün istifadə etdiyi və özü hazırladığı alətdir. Kukla insan tərəfindən idarə oluna bilir. Yəni müstəqil deyil. Aslıdır. Bəs insan kukla vəziyyətinə düşə bilər? Düşə bilərmiş. Filmin məqsədi də bunu göstərməkdir. Acı taleyin kuklaları. Tamaşada rollarını oynayıb daha sonra digər kuklaların saxlandığı yerə qoyuldular. Nə idi bu tamaşanın məqsədi? Kuklaları oynadan nəyi göstərmək,çatdırmaq istəyrdi? Bilinmir...Özünü çox xoşbəxt insan olaraq da hiss edən insanlar da kukladırlar? Yəqin ki. Böyük bir tamaşa oynanılır. İzləyicilər necə? Bəyənirlər bu tamaşanı? O da bilinmir. Bilinməyən çox olsa da bilinən odur ki, əzab çəkənlər var. Həmişə də olacaqlar. Olmaması üçü insan insanlığını itirməlidir. Çünkü bəzi şeylər sadəcə olmalıdır (Fatalizm). Aktyor performansı və filmin çəkiliş prinsipləri Asiya qitəsinə, daha doğrusu Yopaniyaya xarakterikdir və odur ki, qeyri-adi nə isə yenilik gözləmək və ya Yapon filmləri arasında ciddi fərqlən...