İnsomnia - Yxusuzluq - Бессонница


Dürüst polis yata bilmir çünki işdə aydın olmayan məqamlar var amma dürüst olmayan polis ona görə yata bilmir ki, vicdan əzabı çəkir.

Məqsəd vasitəni təmizə çıxardır. Elə deyilmi?

Alyaskada iki iki cür insan var. Burda doğulanlar və keçmişini unudmaq üçün bura gələnlər.

Birinci aktyor tərkibindən başlayıram. Al Paçino + Robin Williams. Bəh bəh bəh. Elə filmə məhz bu aktyorlara görə baxdım. Filmin də bu dərəcədə yaxşı alınacağını zənn etmirdim. Bu iki aktyor sözün həqiqi mənasında möhtəşəm ekran əsəri yarada biləcək bacarıqdadırlar. Filmdə digər baş rolu Hilary Swank oynayır. Onun da performansını vurğulamaq lazımdır.

Dedektiv, polis, qatil filmlərini çox sevmirəm. Çox vaxt ya başa düşmürəm ya da maraqsız gəlir. İnsomnia istisna oldu. Bu film inqilabi oldu mənim üçün. Bəli bundan sonra buna bənzər maraqlı və həyəcanlı filmləri axtarıb baxacam. Filmdə ən çox bəyəndiyim məqam bilirsiz nə oldu? Robbin Williamsın qatil rolunu oynaması. Adətən onu biz müsbət obrazlarda görmüşük amma bu filmdə tam bunun əksi. İntelektual, mədəni, ağıllı, hiyləgar, özünü idarə edə bilməyən və bilən qatil rolunu yaxşı oynadı. Rol bunu tələb edirdi. Sübut olunmuş bir şeydi ki, qəddar və yadda qalan qatillər sakit, mədəni, intelektual, ağıllı, heyvanları və uşaqları sevənlər arasından çıxır. Yəni film insanı həyacanlı olaraq saxlamağı bacarır. Bu hissi mən heç də baxdığım hər filmdə hiss etmirəm. Olur ki, müəyyən yerə qədər maraqlı, həyəcanlı gəlir amma sonra sönürəm. Bu filmdə belə olmadı.

Əlbəttə ki, filmin ideyası çox əladı. Biz təkcə öz davranışarımıza görə təkcə cəmiyyət, digər insanlar qarşısında yox, eyni zamanda vacib olan özümüzün qarşısında cavabdehlik daşıyırıq. Necə bilək ki, nə doğrudur nə yanlış? Nələrə cabab verməliyik? Qəhrəmanımızın da bir neçə gündür əziyyət çəkdiyi yuxusuzluq da güclü vicdan əzabı ilə müşahidə olunur. Əla dedektiv və triller elementləri ilə psixoloji drama.

Yuxu – ölümün kiçik məşqidir. Yuxusuzluq isə ölümün arxasınca olanların məşqidir. Yuxuda sən görürsən, eşidirsən, iy hiss edib yaxşı düşünə bilirsən amma bədənini idarə edə bilmirsən. Yuxusuzluqda belə bir vəziyyət olmasa da sən özünü təsdiqləyə bilmirsən və 20 il bundan qabaq etdiklərin belə bütün çılpaqlığı ilə yenidən canlanır. Sən bununla nə edəcəyini, bundan necə can qurtaracağını və həyatının necə olacağı haqqında heç bir fikir sahibi olmursan.....

Kristofer Nolandan digər bir şedevr...

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi