Kurt Vonnequt - Titanın sirenaları
Kurt Vonnegut - The Sirens of Titan
Курт Воннегут - Сирены Титана
"Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan möhtəşəm kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsi ilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu Uinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır. Belə sadə təqdimatda görünməyən və yalnızca möhtəşəm ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir. Çox maraqlı situasiyalar və cavab axtarmaq üçün ideal olan suallar romanın bütün gözəlliklərini sadalamaqda yetərsizdir.
Əslində əsərin adı bir qədər məni düşündürür, çünki hadisələrin ən əsas və maraqlı hissəsi Mars planetində cərəyan edir. Romanın adında isə ən əsas tərəf "Titan"dır. Titan isə Saturn planetinin peykidir. Daha dəqiq olsaq, Titan Saturnun ən böyük peykidir. Titan Günəş sistemində Yerdən sonra yeganə yerdir ki, stabil və davamlı həyat forması əlamətlərinə rast gəlinib. Onun sıx nitrogen mənşəli atmosferi var və eynilə Yerdəki kimi çaylar, göllər və dağlara rast gəlmək mümkündür. Başqa bir maraqlı məlumat kimi onu da qeyd etmək olar ki, peyk 1655-ci ildə Kristian Hyügens adlı alman astronom tərəfindən kəşf edilib.
Əgər bir obyekt, konsepsiya, ya da hər nə isə bir neçə nəfərin, xüsusilə də irəli zəka sahiblərini cəlb edirsə, o obyektivlik gücü qazanır. İllərdir ki, yazıçılar, rejissorlar, hətta şairlər belə Mars planetini və Günəş sistemini öz fantaziyaları ilə məskunlaşdırıblar, onu öz zəngin daxili aləmlərinə sığışdırıblar. Bilirsiniz, bu möhtəşəmdir. Çünki insan təxəyyülündə canlılıq qazanan hər bir şey, cari anda belə olmasa da, deməli, nə vaxtsa məhz təxəyyüllərdə və təsəvvürlərdə canlandırılan formanı alacaq. Bu artıq kainatın bir qanunudur. Bu kainatın bir övladı kimi insan qalaktikaların orbitinə öz düşüncə gücü ilə təsir etmək gücünə malikdir.
Gəlin Günəşlə bərabər bizlər də, Yerin şüurlu varlıqları, bu sistemi isidək. Bütün planetləri, peykləri al-əlvan rənglərə boyayaq. Necə ki, Kurt Vonnequt Titanı Tac Mahal kimi, Tralfamador qalaktikasının robot sakini Salo ilə, sirenalar ilə, Merkurini harmoniumlar və Marsı insanlarla boyayıb, biz də bu boyaları içimizə toplayaq və bu sistemi bəlkə də kainatın ən maraqlı və əvəzolunmaz sisteminə çevirək. Çünki biz artıq bütün lazım olanlara sahibik. Budur mən əllərimi bir-birindən aralayıram. Qollarımı genişləndirirəm və yaranmış boşluqda bu macəranın işığı üzümü isidir, qəlbimə dərman olur.
Vonnequt bizi Mars, Merkuri, Yer kimi planetlərin və Titan kimi peykin elə dəliklərinə tullayır ki, orada biz müəyyən müddət məskunlaşaraq, insan təbiətinə, onun quruluşuna, onun davranışlarının mahiyyətinə nəzər yetirmək şansı əldə edirik. Tarix, din, vicdan, əxlaq və elm kimi sferaların bəşəriyyət üçün nə məna kəsb etdiyini və kəsb edəcəyi haqda alluziyalara qərq oluruq. Belə incə məqamları üzə çıxarmaq üçün absurd adlanan vasitədən ustalıqla istifadə etmək və kosmosun geniş və rahat salonuna sığınmaq qaçılmazdır. Bu absurdizmlə yazıçı oxucunu sağdan, soldan, yuxarıdan və aşağıdan sıxışdıraraq onun üzünü görmək və beynində baş verən atəş-fəşanlığı hiss etməyə çalışıb. O, dini sıfırdan yaradıb. Kosmosa tam fərqli baxışı təmin edib. Titan kimi metan göllərdən ibarət peyki Tac Mahal kimi möhtəşəm bəşəri elementlərlə bəzəyib. Uzaq qalaktikadan Salonu gətirib ki, Günəş sistemində insan darıxmasın. Məncə, Günəş sistemi bu yaxşılığı unutmamalıdır.
Vonnequt belə bir əsər yazmaqla və güclü obrazlar yaratmaqla məna axtarışını bilavasitə özləri vasitəsi ilə icra edən nümunələr ortaya qoyub. Bu obrazların həyatı hələ kəşf olunmamış planetlər kimi eqzotik və sirlidir. Məsələn, Uinston Nayls Rumfurd zaman və məkanda teleportasiya etmək bacarığına malik olan birisidir. Onun "xrono-sinklastik infundibulum" vasitəsi ilə möcüzələr etmək bacarığı və möhtəşəmliyi ona Günəş sistemində allahlıq etməyə haqq qazandırır. Əsərin ağır artileriyası məhz Uinston Nayls Rumfurddur. Minlərlə insanı əsir alıb Mars planetində Yerə hücum etmək üçün yetişdirən Uinston Nayls Rumfurd, sadəcə müharibə-müharibə fikrindən uzaq olub, bəşəriyyəti tək və yek təhlükə qarşısında birləşdirmək, insan qırğınının necə də utancverici olduğunu göstrəmək niyyətindədir. Uinston Nayls Rumfurd bütün hamının qabağında varlı Maliki Konstantı Titana yollayır ki, dünyanın bütün şəri, haqsızlığı və pislikləri də onunla birlikdə Yerdən kənarlaşsın. Bu "təmizlənmə" şou xarakterli olub hər iki tərəfin sintetik dəyərlərini özündə ehtiva edir. Dini motivlər sadəcə bununla bitmir. Cənab Uinston Nayls Rumfurd heç də alturist deyil. Onda müəyyən yaxşı tərəflər də var, amma yenə də bu kifayət qədər mübahisəli məqamdır. O, arvadını bakirəliyini qoruduğu üçün cəzalandırmaq istəyir. Burada Məryəmə olan işarələr və xristianlığa olan modernizm yanaşması var.
"Titanın sirenaları" dini satira xarakteri daşıyır. Kurt Vonnequt bu əsər vasitəsi ilə insanların özləri haqqında olan yüksək fikirlərini asıb-kəsir, baltalayır. Bütün bəşər həyatını sadəcə Salo adlı yadplanetlinin mənafeyinə xidmət etdiyini interpretasiya etdirərək, yazıçı dini özündən razılığın yüksəksəviyyəli tənqidini icra etmiş oldu. Niyə? Çünki Vonnequt humanist olub. Bu məqamı onun digər əsərlərində və sitatlarında axtarıb tapmaq olar. "Titanın sirenaları"nda isə onun iti zəkası yumşaqürəklilik ilə balanslaşıb və kosmik macəra motivləri ilə dəstəklənib. Ona görə insanın yaradılışın mərkəzində olması fikri absurddur. Ağsaqqal bir humanoid formalı tanrının bizi gecə-gündüz sevdiyi fikri ona bəlkə də beşikdən absurd gəlib.
Əsərin sonu insanın birbaşa və vasitəsiz olmaq şərtilə özünə, içinə, qəlbinə və ruhuna baxmağa dəvət edir. Bir-bir obrazların əsərin sonunda haradan hara gəlib çatdıqları haqqında yazsam, çox çəkər. Ona görə də ümumi cümlələrlə, fəlsəfi xülasə çıxarmaq daha məqsədəuyğundur. İstər böyük bir zarafat olsun, istərsə də ölümünə ciddi bir məsələ, həyat bizim hansı yol ilə getməyimizdən başqa bir şey deyil. Çətin olsa da, həqiqi mənliyimizi axtarıb tapmaq, ona qərq olmaq və gündəliyimizi onunla doldurmaq bizim kimiliyimizi müəyyənləşdirən ən əsas məqsəddir. Xeyirlə şərin kəsişməsində mövqe tutmağımız bizim üçün olduqca əlverişsiz mühit yaradıb. Buna baxmayaraq bizim hamımız eyni ehtiyaclar və özümüzə verməli olduğumuz eyni suallarla silahlanmışıq.
Güclü mizantrop olaraq Kurt Vonnequtun qoyub getdiyi bu zəngin miras elə-belə ədəbi atmosfer formalaşdırmayıb. Bu bütün dünya üçün inanılmaz dərəcədə möhtəşəm hədiyyə və mümkün olan ən al-əlvan rənglər palitrasıdır. Qədrini bilmək və yaşatmaq, nəsildən-nəslə ötürmək əslində hər birimizin borcudur. Sadəcə agah olmaq və bu gözəlliyi yaşamaq üçün təəssüf ki hamının dünyası kifayət qədər geniş deyil. Belə ədəbi əlkimyanın latent potensialını dəyərləndirməyi bacarmaq arzusu ilə.

Comments
Post a Comment