Aleksandr Belyaev - Hoyti-Toyti - Александр Беляев - Хойти-Тойти
Berlin. Buş sirkində oxumağı və saymağı bacaran fil çıxış edir. Bir gün fil əhliləşdiricisinə qarşı əsəbiləşir və sirki tərk edir. Polis onu öldürməyə hazırdır, lakin SSRİ-dən müdaxilə olunur və professor Vaqner Xoyti-Toyti ilə görüşmək üçün Almaniyaya gəlir. İnanılmaz faktlar ortaya çıxır. Ümidlər geri qayıdır. Bu inanılmazdı, amma realdı. Fil Hoyti-Toytidə insan beyni var. Çox maraqlıdır indi o fildi, yoxsa insan?
Görəsən sadəcə insan bədəninə malik olmaq insan olmaq deməkdirmi? İnsanı insan edən xüsusiyyətlər əgər dərinliklərə basdırılıbsa, məncə həmin varlığa insan demək düzgün deyil. Bunu əsərin özü də açıq-aydın sübut etdi.
Bəlkə də təəccüblənəcəksiniz, amma elmi-fantastika bu dəfə bərbad kosmik bədheybət deyil, insan üçün kifayət qədər qəbulediləbilən normal canlı varlıq kəşf edib. Rinq adlı insanın beyninə sahib fil. Fil insan, yaxud da insan fil. İnsan beyninə sahib fil. Özünüz başa düşürsüz.

.jpg)

Belyaev elmi-fantastikanın köməkliyi ilə nələr kəşf etməsində asılı olmayaraq, hər zaman kəşfləri haqqında deyil, insan haqqında yazır. İnsan və ətrafı ilə olan qarşılıqlı münasibətlərinin etik, əxlaqi və digər müstəvidə dəyərləndirilməsi. Bundan gözəl mövzu?
Comments
Post a Comment