Gəzinti/ The Walk

1974-cü il. Filippe Petit (Philippe Petit) Dünya Ticarət Mərkəzi Qüllələri arasında kəndirin üstündə gəzmək arzusunu reallaşdırmaq üçün özünə əməlli-başlı komanda qurur. Bütün təhlükələrə, qəribə tərəddüdlərə və maneələrə baxmayaraq, Filippe öz arzusu uğrunda hər şeyi etməyə hazırdır. Tamamilə real şəxsiyyətə və hadisələrə əsaslanan film bizə müasir izləyicinin zövqünü qane edə biləcək həddə olan hazır məhsul təqdim edir. Öhdəmizə düşən yeganə şey belimizin arxasına yumşaq döşəkçə qoymaq və vizual axıntıya boyun əyməkdir.