Maksim Osipov - Günah keçisi
Максим Осипов - Козлы отпущения
Günlərin bir günü məktəb vaxtından dostluq edən beş nəfər dost şəhərətrafı yerlərin birində görüşürlər. Bir yerə toplaşaraq söhbət etməyə çox şeyləri var idi, çünki uşaqlıq və gənclik illərinin üstündən çox keçmişdi. Aralarında ən çox uğur qazanan şəxs öz sözünü ədəbiyyat sahəsində demiş yazıçıdır. Məhz bu şəxs görüşdən sonra qətlə yetrilir. Müstəntiq bu yoldaşların keçmişində bir xeyli qazıntı işləri aparmalı olur ki, heç də kristal aydınlığı ilə ortada olmayan həqiqəti üzə çıxarsın. Bilinən süjet gözlənilməz sonluqla sonlanır və ortaya möhtəşəm eqzistensialist zarafat çıxır. Roman, dram əsəri, pyes, povest, şeir ya da poema olsun, fərq etməz. Adı çəkilən ədəbi nümunələrdə mütləq şəkildə "can nöqtələri" olmalıdır. Başqa sözlə, oxucu və ya izləyici yekun nəticədə öz-özünə hesabat verəndə yaxşı ədəbi təcrübə ilə ayrıldığının fərqində olsun. Oxucunun beyni həmin əsərin yeganə məskəni olmalı və əbədiyyətə qovuşmalıdır. Bu olmadıqda boşa keçmiş vaxtın dəyəri haqda düşünüb fəlsəfə ilə məşğul olmaq daha faydalı olur, nəinki mütaliə və izləmə obyekti.
![]() |
| Maksim Osipov |
P.S. Mən adətən belə yazıçılara avtomatik olaraq ikinci şansı da verirəm. Obyektivlik aşiqi kimi yaxşı başa düşürəm ki, yazıçının/müəllifin sadəcə bir kitabı və ya əsəri onun bütün yaradıcılığını izah edə bilməz. Odur ki, mümkündür ki, "Günah keçisi"-ndən sonra müəllifin digər kitabları ilə də tanış olum.

Comments
Post a Comment