Aleksey Apuxtin - Həyatla ölüm arasında

Алексей Апухтин - Между жизнью и смертью

Qarşımızda rus ədəbiyyatının qotik proza janrının tanınmış nümayəndəsi "Həyatla ölüm arasında" pyesidir. Yazıçı və şair Aleksey Apuxtininn bu əsəri 19-cu əsrdə məşhurlaşmağa başladı. Olduqca özünəməxsus süjeti və mənası olan pyes bizə dövrünün ədəbi mövzularına xarakter olmayan məsələlərindən bəhs edir: ölmək, öz dəfnini müşahidə etmək, qohumların, yaxınların, qulluqçuların və dostların başsağlıqlarını eşitmək, hansılarının saxta, hansılarının doğruçu olduğunu görmək, möhtəşəm həyat suallarına təmiz şüurla cavab axtarmaq və sonunda yenidən böyük həvəs və istəklə körpə uşaq kimi işıqlı dünyada göz açmaq, zərif səs ilə onu narahat etmək. Ən əsası da, təsvirlər olduqca poetik və ecazkardır. 1892-ci ildə yazılan pyes 1895-ci ildə çap olunaraq geniş oxucu kütləsinə təqdim edilib. Qəribə orasıdır ki, Apuxtin ruhun bədəndən ayrılmasını mərhələ-mərhələ təsvir edərək olduqca fantastik və mistik pyesə imza atıb. Həmin əsnada insanın keçirdiyi hislər, cavab axtardığı suallar möhtəşəm dərəcədə sadə və bir o dərəcədə də rəngarəng dillə təsvir olunub. Klassik ab-hava və poetizm oxucuda duyğusal ədəbi təcrübə yaradır.

Əsərin əsas mahiyyətinin reinkarnasiya - ruhun həyat həlqəsində dövr etmsəi - üzərində qurulduğunu desək yanılmış olmarıq. Belə ki, həyat həlqəsi və davamlı ölüm və doğum əsərin fundamental fəlsəfəsidir. Əlbəttə bu fəlsəfə 19-cu əsrdə Avropa və Rusiya üçün yenilik olmasa da, ona olan fərqli poetik yanaşma ortaya yeni bir şey çıxarmağa müvəffəq oldu. Ümumiyyətlə bu mövzu və dinlərin haqqında düşünəndə, bu məsələlərin insan beyni üçün necə də eqzotik xarakter daşıdığını başa düşmək olar. Mütləq həqiqət axtarışında olaraq özümü ən müxtəlif ideyalarla, fikirlərdə ovuduruq. Oxucudan asılı olaraq "Həyatla ölüm arasında" çox fantastik pyes kimi də dərk edilə bilər, eləcə də fəlsəfi əsər kimi də. Ümumilikdə isə pyesi əsas iki hissəyə bölmək olar: dünyəvi və ruhi. Belə ki, dünyəvi hissədə knyaz Trubçevski öz yaxınlarını, dostlarını və ailəsini, sanki, müşahidə edir. Bu bir növ bilinən "Yerdə yarımçıq qalmış işlərin tamamlanması" kimi də ifadə oluna bilər. İkinci çox önəmli hissədə isə knyaz Trubçevski keçmiş həyatlarını xatırlayır və hələ sağ ikən insanın istər aşkarda, istərsə də xəlvətdə öz-özlüyündə cavab axtardığı suallara bir daha nəzər salır. Dünyəvi hissənin meşşanlığından fərliq olaraq, ruhi hissə poetizmi ilə seçilir və incə təsvir üsullarından istifadə edərək müəyyən ədəbi ağırlıq formalaşdırır. 

1840-cı ildə Rusiyada anadan olan Aleksey Apuxtinin ilk müəlliməsi və poeziyaya həvəsləndirən onun anası olub. 1859-cu ildə İmperator Hüquqşünaslıq Məktəbini bitirən Apuxtin, ən parlaq məzunlar sırasında olub. Elə həmin il dünyasını dəyişən anası, ona böyük zərbə vurur. "Hansı fəlakət gözləyir məni?", "Nə nəşə, nə də şirin arzular""Qəbrin hələ təzədi" kimi şeirlər Apuxtinin anasına həsr etdiyi poeziya nümunələridir. Ədliyyə Nazilirliyi və Daxili İşlər nazirliyində çalışsa da, heç vaxt xidmətinə hərarətlə yanaşmayıb. 1893-cü ildə Sankt Peterburqda dünyasını dəyişən şair, ömrünün son günlərində evdən çıxmayıb və səhhəti ilə əlaqədar olaraq çox əziyyət çəkib. Aleksey Apuxtin Nikol qəbiristinalığında dəfn olunub. 

Mən kiçik həcmlə və sadə dillə olduqca böyük informasiyanın ötürülməsinə xüsusi rəğbətlə yanaşıram. Nəzm nümunələrinə həvəs göstərməsəm də, kiçikhəcmli nəsr əsərləri mənim üçün nəzm nümunələrini əvəz edir. "Həyatla ölüm arasında" nəinki ölkəmizdə, ümumiyyətlə elə vətənində də hal-hazırda gözdən uzaq qalsa da, düşünürəm ki, sərf olunan vaxt və enerji qarşılığında oxucuya maraqlı anlar yaşada bilər. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi