Aleksandr Belyaev - Əbədi çörək - Александр Беляев - Вечный хлеб
.png)
Hadisələr alman dənizində balıqçıların yaşadığı Fer adasında cərəyan edir. Berlin Universitetini tərk edən biokimyaçı-professor Broyer, balıqçıların yaşadığı adada bəşəriyyətin xeyrinə araşdırmalar aparır. O, primitiv canlıları araşdıraraq, qayğı tələb etmədən çoxalmağı bacaran və dadlı xəmirə bənzər qida istehsal edən canlıları kəşf edir. O, təcrübələrini artırmaq üçün, xəmirdən azacıq aclıqdan əziyyət çəkən qoca Hansa verir. Daha sonra qısa müddət ərzində bütün kənd bu möcüzədən xəbər tutur və hər yerə yayır. Məsələ Berlində yayılandan sonra nəzarətdən çıxır və kommersantların diqqətini cəlb edir. Yay fəslində isə məlum olur ki, xəmir sürətlə çoxalır. O qədər çoxalır ki, insanlar onu zibil kimi ora-bura atırlar. Artıq planetin yeni düşməni var: bolluq.