Qiraətçi - The Reader - Чтец

         Qiraətçi öz sadəliyi və realistikliyi ilə digər bütün sevgi hekayələrindən fərqlidir. Bizim seçimlərimiz, səhvlərimiz və səthi olaraq başa düşdüyümüz məsələlər haqqında olan bir film. Filmi izləsəz onu rahatlıqla bir neçə hissəyə bölə biləcəksiz. Filmin əsas hissəsi haqqında söz demək çətindir. Çünki bu hissə bəşəriyyətin inkişafa gedən yolunda ağır və ağrılı mövzularındandır. Nəinki mən, ümumiyyətlə böyük əksəriyyət bu mövzuda kimin haqqlı kimin haqsız olduğunu deməyə obyektivliyi çatmaz. Filmin əsas hissəsində sadəcə qlobal mövzunu deyil, eyni zamanda əsərin baş qəhrəmanı Hanna Şmitzin çox güclü şəxsiyyət olduğunu kəşf edirik. Güclü və sirli. Qəddar, qəribə, bədbəxt və tənha. Biz başa düşürük ki, bildiyini demək necə də vacib, necə də tale dəyişdirən, həlledici bir şeydir. Gördüyümüz kimi film bizi düşünməyə vadar edir (filmin ilk dəqiqələrini çıxmaq şərtilə. Bəlkə də çıxmamaq şərtilə).

             Yetkin Mixayıl keçmişi ilə yaşayan birisinə çevrilir. Keçmişi ilə yaşayan. Bəzən bu anlayışla zəngin filmlər və kitablar mənə o qədər doğma gəlir ki...

         Hanna isə illər keçdikcə sanki uşaqlaşır, lakin həyatındakı ən böyük utancını "köhnə dostu" sayəsində aradan qaldırır. Filmi izlədikdən sonra öz-özümə sual verməyə bilmirdim ki, axı niyə o vaxtında müdaxilə etmədi? Niyə qorxdu? və s.


         Filmi drama hesab etmirəm. Film tragediyadır. İzlədikdən sonra izləyicidə qarışıq hisslər yaradır. Sadəcə filmi özümüzə tətbiq etməyi bacarmalıyıq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi