Uol Stritin Canavarı - The Wolf of The Wall Street

Bütün dünyada böyük rezonans yaratmış bu filmə baxmaq qərarını filmin adında "Wall Street" hissəsinin olması və filmdə Di Kaprionun adının keçməsi səbəbindən verdim. "Wall Street" ilə əlaqədar olan filmlərə marağım böyükdür. Bu film haqqında məlumat topladıqdan sonra mən filmi belə dinamik epizodlu olacağı haqda düşünmürdüm. Rejissor iqtisadçıların anlayacağı dillə desək piroqun böyük dilimini götürənlərin iç üzünü, xüsusilə də aqibətini göstərmək istəyib. Elə buna görə də filmdəki baş broker çəkinmədən, utanmadan, qırmızı-qırmızı deyir ki, bizim işimiz pulu insanlardan alıb öz cibimizə qoymaqdır. Film boyu bu prosesləri görürük və eyni zamanda da "nəyi var" əylənən "brokerləri" görürük. Onlar narkotik qəbul edir, alkoqol dənizində üzür, gözəl qızlarla vaxt keçirirlər. Cənnətdir elə deyilmi? Filmin məqsədini buna bənzər həyat tərzinin iyrəncliyini göstərməyə çalışdığını güman etmək olar, lakin filmi izlədikdən sonra belə olurmu sualının cavabı "xeyr"-dir. Bəs yaxşı niyə belə olur? Çünki müqayisə etmək üçün ikinci alternativ meyar yoxdur. Başqa sözlə, Belfordun atamanlıq etdiyi dəstəyə insanda əksinə olaraq simpatiya yaranır, amma sahəyə (Wall Strret) uyğun ikinci elə bir adam yoxdur ki, biz baxaq və deyək ki, "bax əhsən", "əla!" "Belə də olmalıdır!" "Bu düzgündür!". Əlbəttə agent Patrik Dennam yada düşür, amma oda nə isə sünidir və diqqətəlayiq deyil. Zəif şəxxiyəti var. İkinci belə bir şəxs kimi Belfordun atasını nümunə gətirmək olardı, amma o da izləyicidə daha çox gülüş yaradan komik tipdir.

Filmin
sonunda filmin üzərində işələyən komandanın, xüsusilə də Leonun işini yüksək
qiymətləndirmək olar. Dəyər baxımından filmi yüksək dəyərli hesab etmirəm.
Komediya və drama arasında ilişib qalmaq mənim üçün yeni hiss oldu. Bu
satiradan fərqli bir şeydi. Hər növbəti epizod özündən əvvəlkini bir növ
söndürür. Rejissor bu xüsusiyyətdən ustalıqla istifadə edib və komediya ilə
dramanı bir-birirnə qarışdırıb. Fillmi izləməyə dəyər. Digər sıravi filmlərdən
fərqli olaraq bu filmdə xəzinə daha dərində basdırılıb və onu axtarıb-tapmaq
üçün kifayət qədər çox qazmaq, tər tökmək lazımdır.

P.S. Çox maraqlı idi: Belford o qədər çox pul qazanıb
ki, onu hara qoyacağını bilmir. Maraqlıdır ki, onu ABŞ banklarına qoymayıb, elə
dədə-baba qaydası ilə evdə saxlayırdı, amma ev dolub-daşırdı. Ona görə də
İsveçrə banklarından birisinə müraciət etməyə qərar verir.
Comments
Post a Comment