Manyak / Маньяк / Maniac - 2012
Los-Ancelesin
küçələri sakit və təhlükəsiz görsənsə də, bu belə deyil. Gecələr Frenk əlində
skalpel ova çıxır. Onun uşaqlıqda aldığı psixoloji travmaların əziyyətini
günahsız insanlar çəkir. Onun daxili dünyası qorxulu və qaranlıqdır. O, özü də
qorxur. Həyatına sevgi daxil olsa da, onu başa düşə bilmir. Dəyişmək istəsə də
alınmır. Manyaklık əslində nədir?
Filmi
izlədikdən sonra şəxsən məndə hər hansısa xüsusi hisslər yaranmadı. Filmin qəhrəmanı
tamamilə psix, manyakdır. Film onun gözləri ilə çəkilib. Başqa sözlə Elaydja
Vudu biz ekranda çox az görürük. Məhz buna görə elə bir an yaranır ki, izləyici
hiss edir ki, sanki, özü bütün bu qəssablıq prosesində iştirak edir (opretor
işi yüksək səviyyədədir).
Baş qəhrəman
- Frenkdir. O, cansız maneken kuklaların arasında yaşayır və ailə biznesini
davam etdirir. Onların arasında özünü təhlükəsiz hiss edir. Gündüzlər normal
insan kimi görünmək üçün əməlli başlı dəridən-qabıqdan çıxır. Onun həm fiziki xəstəliyi
- miqren, həm də psixi xəstəliyi - manyaklığı var. Onun qatil-manyaka çevrilməsinin
psixoloji aspektləri olduqca maraqlıdır. Belə ki, filmdə onun keçmişi, başqa
sözlə uşaqlığı ilə əlaqədar epziodlar verilirdi və bu epizodlarda anasının yad
kişi qrupları ilə cinsi əlaqəda olduğu göstərilir. Əksər hallarda da Frenk kənarda
durub izləyir. Bunun uşaq psixologiyasına necə də dağıdıcı təsir göstərdiyini
başa düşmək üçün Ziqmund Freyd olmaq lazım deyil. Frenk bu travmaları ala-ala
Los-Ancelesin küçələrini vahimədə saxlayan qatil-manyaka çevrilir. Onun ruhi
ağrılarının səbəbində uşaqlığı yatsa da, fəsadları sonradan üzə çıxır. Bütün bu
zərbələr toplanır və nəticədə Frenk daxilində yerləşən, öz dəyərləri və prinsipləri
olan dünyada yaşamağa qərar verir. Elə bu zaman onun "qaranlıq tərəfi"
onun üzərində hakimiyyəti ələ keçirir. Belə ki, onun qaranlıq tərəfi üçün xeyir
və şər anlayışları tamamilə fərqlidir və onun üçün ətraf dünya irreal, daxili
dünya isə realdır. Eyni zamanda Frenkdə şizofreniya əlamətlərini də rahatlıqla
görmək olur. Şəxsiyyət ikiləşməsinə isə bir addım qalır. Belə insanlar düzələ
bilər. Bu mümkündür. Ətrafında olan
insanlar tərəfindən sevgi və səmimiyyət onları normallaşdıra bilər. Ona görə də
Anna ilə tanışlıq Frenkin daxilində mübarizəyə başlanğıc qoyur. İşıqlı və
qaranlıq tərəflərin mübarizəsi. Anna ilə tanışlıq onu dəyişdirə biləcəkmi?

Comments
Post a Comment