Edward Luce - Tanrılara Rəğmən Hindistanın Fövqəl İnkişafı

Edward Luce Bu yaxınlarda internetdə maraqlı bir kitab özətinə rast gəldim. Bu kitab mənim həm fəlsəfi-dini görüşləri, həm də iqtisadi-siyasi durumu ilə mütəmmadi olaraq maraqlandığım nəhəng Cənubi Asiya ölkəsi olan Hindistan haqqında idi. Kitabın adı çox diqqət cəlb edəndir: Tanrılara rəğmən Hindistanın fövqəl inkişafı. Dünya iqtisadiyyatı ilə az da olsa maraqlananlar bilir ki, son 15 ildə Hindistan, dünyanın ən ucuz intellektual qüvvəsinə sahiblənməyi bacarmış, xidmət sektorunda böyük nəaliyyətlər əldə etmiş və çox önməli tərəqqilər nümayiş etdirə bilmişdir. Hindistan həmişə özünəməxsus coğrafi məkan olmuşdur. Bəşər sivilizasiyasına çox tövhələr verməyi bacarmış və tarixdə bir çox iz buraxmışdır. Mən həmişə demişəm və yenə də deyirəm: Hindistan elə-belə yer deyil!