Riçard Bax - İllüziyalar

Biz kimik? Niyə varıq? Hardan gəlib hara gedirik? Bu həyatın mənası nədir? Ölüm nədir? Bu həyatın, kainatın qanunları nələrdir? Reallıq və illüziya nədir? Gələcək və keçmiş nədir? Dostluq nədir?.... İnternetdə diqqətimi cəlb edən İllusions, tam səmimi və inamla deyirəm, oxuduğum ən gözəl kitablardan oldu. Mövzusu, üslubu etibarıyla Paulo Ceolhonun Kimyəgar əsəri ilə müqayisə etmək olar. Fərqli cəhətləri odur ki, İllusions daha maraqlı, canlı, mistik, müəyyən qədər Kimyəgardan daha anlaşıqlı və ondan daha qəlizdir. Mistika, fəlsəfə, fantastika, drama və aviassiya. Bu dörd mövzu ideal proporsiyada qarışdırılmışdır. Kitabı oxuduqdan sonra, öz dəyərlər sistemimi gözdən keçirdim, indiyə qədər necə davranış göstərdiyim haqqında düşünüb, dünyaya daha fərqli gözlərlə baxmağa başladım. Kitabda mənəvi motivasiyaya ehtiyacı olanlar üçün xüsusi faydalı olacağını rahatlıqla deyə bilərəm. Əsər iki nəfərin münasibətindən bəhs edir. Belə ki, əsər özü iki nəfərdən ibarətdir. Bir tərəfdə ...