Posts

İqtisadiyyat kitabları #2

Image
Vladimir Popov - Mixed Fortunes: An Economic History of China, Russia, and the West Son dövrlər oxuduğum və çox böyük zövq aldığım iqtisadi təhlil kitabı, rus iqtisadçısı Vladimir Popovun "Qarışıq talelər: Çinin, Rusiyanın və Qərbin iqtisadi tarixi" adlı əsəri oldu. Kitab çox anlaşıqlı dildə adıçəkilən regionların müasir iqtisadi quruluşlarını tarixi təkamül nöqteyi-nəzərdən, əsasən institusional iqtisadiyyatın prizmasından qiymətləndirir. Zənnimcə, çox anlaşıqlı dildə yazılan kitab müəllifin iş təcrübəsi ərzində yazdığı elmi məqalələrin genişləndirilmiş variantıdır. Ən əsası isə, kitab son dövrlərdə ifrat ekonometrikləşən iqtisad elminin tarixi-mədəni kontekst təhlilindən uzaq düşməsi tendensiyasına qarşı çox sanballı cavab kimi qəbul edilməlidir. 

İqtisadiyyat kitabları #1

Image
"İqtisadiyyat kitabları" adlı silsilə yazılarımda sizinlə oxuduğum və məsləhət gördüyüm elmi kitablardan bəhs edəcəyəm. Bacardıqca onları necə əldə etməli olduğunuzu da bölüşməyə çalışacam. 

Serqey Dovlatovu niyə oxumalıyıq?

Image
Ötən ilin (2018) sonlarına yaxın Serqey Dovlatovun əsərləri ilə tanış olmağa başladım. Heç xatırlamıram bu necə baş verdi. Olsa bilsin kitablarının kiçikhəcmliliyi diqqətimi cəlb elədi, ola da bilsin çox-çox əvvəllər dost-tanışların məsləhətlərini yerə salmamağa qərar verdiyimdən oldu. Yazıçıdan oxuduğum ilk kitab isə "Kompromis" oldu. Əsər məndə çox dərin təəssüratlar buraxdı. 3 gün ərzində böyük həvəslə və maraqla oxuyub bitirdim. Kitabın məğzi belədir ki, yazıçı Estoniyadakı jurnalist karyerası müddətində başına gələn gündəlik hadisələri böyük yumor hissi və xırdalıqlarla təsvir edir. Elə bilərsən ki, sovet dövrünün Estoniyasına getdin və gəldin. Adətən belə janrlı kitabların darıxdırıcı olmaq ehtimalı heç də az olmur, lakin Dovlatov tamamilə fərqli və ecazkar ədəbi yazı üslubu ilə, bir növ, mənim gözümdə bu janra yeni nəfəs bəxş etdi. Çox xoş təəccüblənmişdim. Ona görə də başa düşdüm ki, birmənalı olaraq onun digər kitablarını oxuyacam. 

Elektrik yuxuların yozumu: psixoanaliz, iqtisadiyyat və fəlsəfə

Image
"Filip K. Dikin Elektrik Yuxuları" və ya sadəcə "Elektrik Yuxular" (Electric Dreams) məşhur Filip K. Dikin elmi-fantastik hekayələr antologiyası əsasında ekranlaşdırılmış serialdır. Yazıçının işinə bələd olduğuma görə, bu serialı da izləməyə bilməzdim. Çoxlarımız isə "Minority Report", "Total Recall", "Blade Runner" və s. kimi dünya şöhrətli filmləri izləmişik. Həmin filmlər də Filip K. Dikin əsərləri əsasında çəkilib. Bu səbəbdən, gözləntilərimizi dügün hesablamaq o qədər də çətin olmayacaq. Bu yazıda mən, 10 bölümdən ibarət serialın məni düşündürdüyü mövzular çərçivəsində öz qeydlərimi bölüşəcəm (Əfsuslar olsun ki, yazının müəyyən hissələri bəzi bölümlərlə əlaqədar spoylerlər də daxil olmaqla yazılıb. Bəzilərində isə fikrimi spoylersiz təqdim etməyə müvəffəq olmuşam.).

Ən son dalğalanan bayraq - Last Flag Flying

Image
Üzərindən 30 il keçəndən sonra, həkim Larri Şeperd, Vyetnamda birgə xidmət keçmiş əsgər yoldaşlarını axtrıb tapır ki, dostları ona təkcə xatirələrində deyil, həm də bu günkü günündə yoldaşlıq etsin. Axı Larrinin başına fəlakət gəlib. Oğlu İraqda şəhid olub. Bir müddət öncə isə həyat yoldaşını itirib. "Ən son dalğalanan bayraq" bir növ humanizm dolu, müəyyən dünyəvi fəlsəfəni özündə çağırışdıran, təcrübi filmdir. Öz tənqidi mövqeyi ilə patriotizm və ideoloji məsələlərin üzərinə işıq salır, cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərin əsl üzünü göstərir. 

Zirvələrdə gizlənmiş depressiya və post-sovet romantikası

Image
İlk dəfə iş yoldaşlarımdan biri Robin Uilyamsın gözlərində gizlənmiş hüzn haqda söhbət edəndə, uşaqlıqdan bu yana heyranlıqla izlədiyim və nümunə götürdüyüm insana başqa gözlə baxmağa başladım. Onun dediyinə diqqət etdim və həqiqətən də elə bir şeyin olduğunun fərqinə vardım. Düzü "çox gülən adamlar, gizlində çox da ağlayarlar" tipli ifadələr çox banal və yeniyetmə təfəkkürünün məhsulu təəssüratını bağışlayıb, amma bəzən doğru da ola bilir. Bu yaxınlarda da, eşidəndə ki, bəs Cim Kerri də dərin depressiyadan təzəcə çıxıb və vaxt olub bütün evini rəsm emalatxanasına çevirib rəsm çəkib, yenə də təəccübümü gizlədə bilmədim (Cim Kerrinin "Rəngə ehtiyacım var idi" qısametrajlı filmi var). Bir digər şəxsdən bunların səbəbini soruşanda, maraqlı cavab eşitdim: elə cavanlıqdan sonra, yaranan boşluğu doldurmaq çətindir.  Bir vaxtlar hamının sorğu-sualsız səni qəbul etdiyi, çox sevdiyi, birmənalı olaraq hər şeyin ən yaxşısı təklif olunanda, həyat çox fərqli, uğurlu, içdən ...

Lantimosun mücrüsü - Yunan təxəyyülünün dirilişi

Image
Deməli vəziyyət belədir ki, son günlər yunan rejissoru Yorqos Lantimosun (Yorgos Lanthimos) filmlərini izləmək üçün özümə virtual növbə yaratmışdım. "Xərçəng" (Lobster) filmi mənə rejissorun nələrə qadir olduğu haqda çox yaxşı mənbə rolunu oynamışdı. Filmi əsl incəsənət nümunəsi kimi qəbul etmiş, ona yazı da həsr etmişdim (oxumaq üçün keçidi izlə: keçid ). Yaxşı xatırlamıram, amma çox güman yenicə izlədiyim "Köpək dişi" (Dogtooth), "Müqəddəs ceyranı öldürmək" (The Killing of a Sacred Deer) və "Alp dağları"-na (Alps) baxmaq planını da elə məhz filmsonrası (Xərçəng filmi nəzərdə tutulur) təəssüratların altında icra etmişəm. Bu səbəbdən də praktiki olaraq ard-arda olaraq izlədiyim Lantimos yaradıcıllığı son zamanlar ac olduğunu mövzular çərçivəsində doyum hiss etməyimə böyük tövhə verdi. Bu yazıda həmin üç film haqda qısaca olaraq bəhs edirəm. Məqsədim çox dərin analitik döşəmə yaratmaq deyil. Nə də olsa, bu yazı elmi məqalə keyfiyyətinə malik d...