Posts

Nişangahdakı ruhumuz

Image
Müəyyən müddətdən sonra insanın simasında uşaq yaşlarından bəri mövcud olan ilahi parıltı yoxa çıxır. Çünki bizi öldürürlər. Hərbi təlimlərdəki kimi ruhumuzu nişangah hesab edib ona odlu silahlarla çoxlu atəş açırlar və güllələr hədəfə dəyir. Bəs yaxşı bizi öldürmək istəyənlər kimlərdirlər? Nə istəyirlər? Əgər ölmüşüksə, dirilə bilərikmi?  Atəş açanlar sırasında bizim özümüz də varıq. İnsan ruhunu qaranlıq və üfunətli həbsxanada həbs etməyə, hansısa dərinlikdə qazıb gizlətməyə meyillidir. Özümüzlə tək qalmaqdan imtina etdiyimiz gündən etibarən ruhumuzun səsini və müstəqil düşüncəmizi kənar təhriklər üzündən özümüzə yadlaşdırdıq. 

Boyhood - Отрочество

Image
İlk öncə uşaq, sonra yeniyetmə, daha sonra isə gənc Meysonun 12 illik həyatını əks etdirən film bizlərə onun məktəbə getdiyi ilk gündən kollecə getdiyi ilk günə qədərki həyat yolunu göstərir. Kinematoqrafiyada xüsusi yer tutan bu film reallığa açılan pəncərə kimidir. 12 ilə insanın necə dəyişdiyini, dəyişdikcə nələr hiss etdiyini, nələrdən keçib gəldiyini görürük. Ani döngələr və ya qeyri-adi hadisələrə gözləməyə dəyməz. Çünki Meyson adi insandır. Filmdə özümüzü görməmək sadəcə mümkün deyil. 

Aleksey Birger - Şüşəüfürən

Image
Aleksey Birger Orijinal adı:  Алексей  Биргер - Стеклодув Aleksey Birger - Məşhur rəssam Boris Birgerin oğlu olan Aleksey Birger uşaq yaşlarından atasının mərkəzdə olduğu yaradıcıllıq elitasının içində böyümüşdür. Teatr Akademiyasını bitirən Aleksey Birger, kino və teatr tarixindən mühazirələr oxumuş (bəzi Braziliya universitetləri də bu sıraya daxildir) və uşaqlıqdan tanıdığı gənc yazarlarla ünsiyyətdə olmağa üstünlük vermişdir. 1992-ci ildə çapdan çıxan "Kino sənəti" adlı əsəri dünya miqyasında tanındı. Alekseyi Avropaya məşhurlaşdıran bir məqam da var: onun gündəliklərində Henrix Böllün SSRİ-yə gəlişinin ətraflı təsviri var idi və nəticədə 1999-cu ildə Almaniyada bu motivli sənədli film çəkilir: "Henrix Böll: Qırmızı ulduz altında." Bu sənədli film Almaniyanın 1999-cu il üçün ən yaxşı sənədli film adına layiq görülür. 

Yevgeniy Zamyatin - Biz - 2-ci hissə

Image
Yazının 1-ci hissəsini oxumaq üçün tıklayın "Biz" əsərinin bizə təqdim etdiyi fəlsəfi baxış bucağı olduqca düşündürücüdür. Bir məqamı isə xüsusiylə başa düşmürəm: digər resenziyalarla tanışlığım nəticəsində gördüm ki, bəzi oxucular əsəri olduqca absurd və fraktal adlandırırlar. Bəli əsər fraktal (dağınıq? mürəkkəb) xüsusiyyətə malikdir, amma niyə absurd? Niyə oxucular bu sualı verirlər: görəsən belə bir şey həqiqətən də ola bilərmi? Niyə də olmasın axı?! Gözlərin azacıq açılması və beyinin azacıq işləməyə başlaması bizə günümüzdə baş verən bütün hadisələrin məntiqi nəticəsini göstərir: dünya üzrə dilindən, dinindən, irqindən, yaşadığı ölkədən və ideallarından asılı olmadan müxtəlif bioloji məlumat mərkəzləri yaradılır. Gün keçdikcə insanlar haqqında hər şey şəffaflaşır. Bizi idarə edənlər bizim haqqımızda hər şeyi bilmək istəyirlər. Bütün bu sosial şəbəkələr və bürokratiya bizim idarə olunmağımız üçün münbirt şəraitdir. Hər şey planlaşdırılmalı, ölçülüb biçilməli və şəff...

Yevgeniy Zamyatin - Biz - 1-ci hissə

Image
Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur.  Əgər antiutopik əsər oxumağı sevirsinizsə, Oruelin (“1984″, 1949) və Xakslinin (“Cəsur Yeni Dünya”, 1932) yaradıcılığına təsir etmiş bu roman (1920) da sizin diqqətinizi cəlb edəcək.  Zamyatinin dünyasında individuallıq, məxfilik anlayışları yoxdur: burada insanların adları yox, nömrələri var; daha doğrusu burada elə insanlar insan yox, numerlər adlanırlar. “Vahid Dövlət”-in numerləri hər gün eyni saatda oyanır, eyni paltarları geyinir, müəyyən olunmuş sayda hərəkətlər edərək dişlərini fırçalayıb, işə yollanırlar. Hətta intim həyatları da nəzarət altındadır. Bu dövlətdə valideynlər onlar haqqında xəbərçilik edə biləcək uşaqlarından da, düşünməkdən də qorxur (elfecin.com).

Nə vaxtsa ağlıma gəlməzdi...

Image
Nə vaxtsa ağlıma gəlməzdi. Bəli bəli nə vaxtsa ağlıma belə gəlməzdi ki, mən böyüyüb başa çatdığım evin pəncərəsindən ətraf küçələrə baxanda hansısa qlobal problemlər, gələcək haqqında fikirlər, ümidlər, planlar, qayğılar, içimdəki boşluq hissini doldurmaq, özümü axtarıb tapmaq, arzularıma nail olmaq kimi məsələlər haqqında düşünəcəm.

Leviafan - Левиафан

Image
Biri var idi, biri yox idi. Gözəl və sakit təbiətin qoynunda, hansısa şimal rus şəhərciyində özünə ev və iş yeri yaradan Nikolay adlı adi bir insan yaşayırdı. Haradansa qeybdən, çox çox uzaqlardan Kolyanın həyatına görünməyən, çox güclü bir əl müdaxilə edir. Bu əl onun əlini sıxmaq istəmir, bu əl onun bədənindən də böyükdür və onu əzmək istəyir. Bununla da Nikolayın taleyi barəsində narahatlıqları başlayır. Nə allah, nə müaisir hüquq sistemi, nə "dostlar"-ı, nə də təbiət ona kömək etmək iqtidarında deyil. Hərgah alkoqol tanrısı onu uyuşdururdu və onun latent intihar vəziyyətini ört-basdır etmək istədi, yenə də xaos tanrısı qalib gəldi. Onun ruhu artıq ölmüşdü. Qəhrəmanımız öz haqqını, zəhmətlə tikib qurduqlarının haqqını layiq olduğu kimi almaq istəyirdi. Biznes tanrısı daha aqressiv oldu və öz qulunu - siyasət mələklərini işə qoşdu, qan qoxusu ətrafa yayıldı. Qorxulu olduğuna görə n ağılımız uşaqlar üçün deyil. Uşaqlara isə biz onların aşağı yaşlarından etibarən sadə bir q...