Posts

Upstream Color - Примесь

Image
Filmi izləməyimin maraqlı məqamları var. Mən hələ film təzə çıxanda izləmək qərarını versəm də, ilk dəqiqələrini izləyib iyrənmiş və izləməkdən imtina etmişdim. Çox qəribədir ki, bu yaxınlarda film haqqında düşündüm və anidən özümü bu filmi izləməyə hazır hiss etdim. Əvvəllər iyrəndiyim epizodları rahat seyr etdim. Əlbəttə mən 1 il bundan öncəki insan deyiləm. Dəyişmişəm və bu fakt özü bunu sübut edir. Beləliklə özlərini həyat adlanan yuxunun içində itirən qadın və kişinin yaxınlaşmasından bəhs edən filmlə qarşı-qarşıyayıq. İlk dəiqəqələrdən başa düşmək olur ki, film hamı üçün deyil və əgər diqqətsizlik etsən filmi başa düşmək olmayacaq.

Uol Stritin Canavarı - The Wolf of The Wall Street

Image
         

Manyak / Маньяк / Maniac - 2012

Image
         Los-Ancelesin küçələri sakit və təhlükəsiz görsənsə də, bu belə deyil. Gecələr Frenk əlində skalpel ova çıxır. Onun uşaqlıqda aldığı psixoloji travmaların əziyyətini günahsız insanlar çəkir. Onun daxili dünyası qorxulu və qaranlıqdır. O, özü də qorxur. Həyatına sevgi daxil olsa da, onu başa düşə bilmir. Dəyişmək istəsə də alınmır. Manyaklık əslində nədir?       

Qiraətçi - The Reader - Чтец

Image
         Qiraətçi öz sadəliyi və realistikliyi ilə digər bütün sevgi hekayələrindən fərqlidir. Bizim seçimlərimiz, səhvlərimiz və səthi olaraq başa düşdüyümüz məsələlər haqqında olan bir film. Filmi izləsəz onu rahatlıqla bir neçə hissəyə bölə biləcəksiz. Filmin əsas hissəsi haqqında söz demək çətindir. Çünki bu hissə bəşəriyyətin inkişafa gedən yolunda ağır və ağrılı mövzularındandır. Nəinki mən, ümumiyyətlə böyük əksəriyyət bu mövzuda kimin haqqlı kimin haqsız olduğunu deməyə obyektivliyi çatmaz. Filmin əsas hissəsində sadəcə qlobal mövzunu deyil, eyni zamanda əsərin baş qəhrəmanı Hanna Şmitzin çox güclü şəxsiyyət olduğunu kəşf edirik. Güclü və sirli. Qəddar, qəribə, bədbəxt və tənha. Biz başa düşürük ki, bildiyini demək necə də vacib, necə də tale dəyişdirən, həlledici bir şeydir. Gördüyümüz kimi film bizi düşünməyə vadar edir (filmin ilk dəqiqələrini çıxmaq şərtilə. Bəlkə də çıxmamaq şərtilə).

Cim Lesinski - ZMOT

Image
Müəllif haqqında – Cim Lesinski Google şirkətinin  Çikaqoda yerləşən ofisində  “U.S Sales & Service” şöbəsinin müdiri vəzifəsində çalışır və 20 illik inteqral marketinq təcrübəsi var. Google-a gəlməmişdən öncə “DDB”, “marchfirst”, “Young & Rubicam” və “EuroRSCG” şirkətlərində rəhbər vəzifələrdə işləmişdir. Cim bu gün brend marketinq, data analizi, onlayn müştəri ehtiyaclarının müəyyənləşdirilməsi kimi müxtəlif marketinq sferalarında minlərlə çalışanlara yardım edir. Müəllifi tez-tez bir çox tədbirlərə, konfranslara və universitetlərə öz təcrübəsini və zəngin biliyini bölüşmək üçün dəvət edirlər. Müəllif incəsənət sahəsi üzrə Notrdamda bakalavr, İllinoys universitetində isə MBA üzrə magistr dərəsələrini almışdır. Cim sadəcə marketinqlə deyil, ifa etdiyi və ehtirasla sevdiyi cazla da məşğul olur. Onun cazz sahəsində zəngin kolleksiyası var və müxtəlif bloqlarda, müxtəlif insanlarla hobbisi ilə müzakirələr aparır və informasiya mübadiləsi edir. Gördüyümüz kimi bu insanı...

Rey Bredberi - Mars Xronikaları - Рэй Брэдбери - Марсианские хроники

Image
         “Mars xronikaları” yazıçının 40-cı illərin ilk yarısında müxtəlif jurnallarda işıq üzü görən elmi-fantastik-fəlsəfi hekayələr toplusudur. Əsərdə 50-illərin ilk illərinə qədər amerikan cəmiyyətini narahat edən atom müharibəsi, daha prestijli həyat şərtləri arzusu, rasizm və senzuraya qarşı olan reaksiyalar, illər keçdikcə cəmiyyət üzvlərinin bir-birindən ayrılması kimi problemlər, elmi-fantastikanın dili ilə olduqca aktual və canlı üslubda yazılıb. Bredberi bizi gələcəkdə baş verəcək fəsadların qarşısını almağa çağırır. Bunu edərkən oxucuları öz təxəyyül gücünə heyran qoyur. Beləliklə, “Mars Xronikaları” Yerdə baş verən üçüncü dünya müharibəsi, Marsın insanlar tərəfindən kolonizasiyası, məskunlaşma zamanı aborigenlərin (marslıların) müqaviməti hekayələr toplusunun süjetini əmələ gətirir. Əlbəttə, süjetin konkretliliyi yoxdur, amma ingilislərin vəhşi amerikan torpaqlarını özününkiləşdirməsi zamanı amerikan hinduları ilə olan mübarizəsinə bənzər mövzul...

Qravitasiya - Gravity - Гравитация

Image
          Doktor Rayn Stoun tibb mühəndisliyi sahəsi üzrə gözəl mütəxəssisdir. Leytenant Mett Kovalski adlı veteran astronavtın rəhbərliyi altında kosmosa yola düşən doktor, çıxılmaz vəziyyətlərə düşür. Kovalski üçün bu missiya təxrisdən qabaq son missiya olacaqdı. Lakin baş verən zəncirvari qəzalar onları soyuq, qaranlıq və nəhəng açıq kosmosda yalnız qoyur. Yerlə əlaqə itir. Çıxış yolları axtaran doktor Stoun inanılmaz hərəkətlər edir. Özünü toplayır və içindəki həyatın çığırtısına, yaşamaq hayqırtısına qulaq verir. Bütün bunları izləmək istərdinizmi? Bu yazılanlar sadə görsənə bilər, amma mükəmməl vizualizasiya izləyicini son anadək qəhrəmanların talelərinə görə qorxu və həyəcanda saxlaya bilir ki, bu da uğurlu nəticədən xəbər verir.