Posts

Haruki Murakami - Leksinqton Kabusları (1-ci hissə) - Харуки Мураками-Призраки Лексингтона

Image
Sevimli yazıçımın Leksinqton kabusları adlı hekayələr toplusundan ilk olaraq aşağıdakı 4 hekayəni oxudum: Toni Takiya (Тони Такия) - Toni Takiya ad və soyadı ilə adlandırılmış hekayə haqqında məlumatım var idi. Oxuyanlar fərqli bir bədii ədəbiyyat nümunəsi olduğunu deyirdilər, təəssüratlar zəngin idi. Əsər eyni zamanda ekranlaşdırılmışdır. Hekayənin adını tam uğurlu hesab etməsəm də, məğzi Murakamiyə xas olaraq özünəməxsusdur.     Hekayə gənc cütlük haqqındadır. Toni və onun həyat yoldaşı. Toninin həyat yoldaşı super-ifrat şoppinq həvəskarıdır. Bunun nəticəsi olaraq evində yüzlərlə insana bəs edəcək geyim vardır. Lakin gənc xanım dünyanı erkən tərk edir. İnsan dünyada nələrin əhatəsində olur? Dünyadan gedəndən sonra özündən sonra hansı izləri qoyur? Bu izlərə görə insanı dəyərləndirmək olarmı? Ehtiras nədir? İz yaratmada ehtirasın rolu böyükdür. Bu rolu bu hekayədə görmək olar. Əgər hekayəni bir neçə cümlə ilə ifadə etməli olsaq belə olar: həyatmızı dolduran əşya...

Stanislav Lem - Edem - Лем Станислав - Эдем

Image
Fövqəl-şəffaf saflıq. Digər planetlər belə parlaq deyillər. Yer kürəsi sadəcə mavidir... Yavaş-yavaş Edem uzaqlaşırdı. “Necə də safdır” – deyə koordinator fikrini ifadə etdi. Bilirsən...ehtimal nəzəriyyəsinə görə daha da safları var... “Edem” kosmik gəmidə kainatın sirrlərini çözmək üçün səyahətə çıxmış kosmonavtların qəzaya uğramasından bəhs edən birinci əsər olmasa da, addımbaaddım qəribə situasiyalar, problemlər və sualları ilə bizi tupik qarşısında qoyur. “Edem” sadəcə elmi-kosmik fantastika deyil, o janrının klassikası hesab edilməlidir. Edem sadəcə hazır məhsulu təqdim etmir, “Edem” fəlsəfədir, bizi düşünməyə vadar edən yarım fabrikatdır. Stanislav Lem məni öz ölçüyəgəlməz intellekti və fantaziyası ilə heyran etdi.

STALKER

Image
         “Stalker” filmini izləməyə özümü uzun müddət idi ki hazırlayırdım. Elə bil imtahana hazırlaşırdım. Öz-özümə çoxlu suallar verirdim. Çünki, Tarkovski yaradıcıllığı ilə “Solyaris” sayəsində tanış idim, müəyyən mənada məni nə gözlədiyi haqqında xəbərdardım. “Solyaris” filmini başa düşməyə bir xeyli zaman xərcləmişdim. “Stalker”-ə də uzun müddət idi ki, beynimdə yer hazırlayırdım. Film çoxlarının xoşuna gəlib və bir çox kinoman onu “şedevr” kateqoriyasına daxil edir. Filmin ətrafında gurultuku rezonans var. Bu da mənim diqqətimi çoxdan cəlb etmişdi. “Stalker” öz fəlsəfi dərinliyi və düşüncə genişliyi ilə həm Tarkovski yaradıcıllığının, həm də Sovet kinematoqrafiyasının ən məşhur və dəyərli tərkib hissəsi hesab olunur. Xarici süjet xətti Zona adlanan yerdə yerləşən sehrli otağı tapmaq üçün çıxılan səyahətdən ibarətdir. Həmin sehrli otaqda sidq-ürəkdən, qəlbin dərinliklərindən arzulanan bütün arzular çin olur.  Bu səyahətdə səyyahlara Stalker kömək o...

Üç Samuray

Image
Samuraylığın ən əsas qaydasını heç vaxt unutmamışdım: Samuray daima ölümü düşünməldir. Gallus deyib ki, qaçılmaz bəlaya anidən düçar olmaq, uzun müddət qorxu əzabları çəkməkdən yaxşıdır. Öyrəndiklərimə görə seppukuda bağırsaqlar çölə fışqıraraq dözülməz ağrılar verir. Mən həmişə ağrılara qarşı aciz olmuşam. Səbəbi isə dünyaya təbii yolla gəlməmək olub. Həyatın ilk ağrı və çətinliklərini görməmişəm. Həyatımın ilk anında görmədiyim ağrıları həyatımın son anında görmək istəyirdim. Bu ağrıdan can qurtamaq mümkün deyil. Sonradan əmələ gələn dözülməz ağrılar isə seppukudan uzun müddət öncə başlayıb daxilimdə. Bu ağrılar bağırsaqlarım kimi içimdə bir-birinə dolanıb yuva qurub. O yuvanı dağıtmalıyam. Yalnız o zaman ətrafımdakı büllur kədər, tənhalıq və soyuqluq illüziyazı dağılacaq. Mən qorxmuram daha. Geriyə baxmıram. İrəli anlayışını unuduram. Son olaraq qılıncı dərinliyə itələyəndə, çox çox uzaqda, lakin getdikcə yaxınlaşan üç samurayı görürdüm. Uzun kimanoları və yanlarından asılmış qı...

Dünyanın ən yaxşı atası - World's Greatest Dad

Image
         Maraqlı bir faktı müşahidə etmişəm. Elə filmlər, kitablar olur ki, izlədikdən/oxuduqdan sonra müəyyən bir müddətin keçməsini istəyirəm. Gözləyirəm ki, beynim, ruhum, şəxsiyyətim ortaya qoyulan dəyəri həzm etsin. Elə dəyərlər də olur ki, vaxtın keçməsini gözləmək istəmirəm. İzləmə və ya oxuma prosesi gerçəkləşdiyi müddətdə və bu müddətdən dərhal sonra fikirlərimi əbədiləşdirmək arzusunda oluram. Bu filmi də ikinci kateqoriyaya aid edirəm. Filmi izlədim və üzərindən cəmisi 20 dəqiqə keçmiş haqqında artıq yazıram. Görək nə alınacaq.

Cared Daymond - Tənəzzül - Jared Diamond - Çöküş

Image
  Sivilizasiyalar necə yaranıb necə tənəzzülə uğrayırlar? Yaranmağa və məhv olmağa təsir edən faktorlar hansılardır? Müasir ABŞ ərazisində mövcud olmuş Anasazi və Çako kanyonu sivilizasiyaları, Mərkəzi Amerikada Maya mədəniyyəti, Cənubi Amerikada Moçe və Tivanaku, qədim Yunanıstanda Miken və Giritdəki Minos sivilizasiyaları, Asiyada Anqkor Vat və Harapp mədəniyyətləri, Sakit Okeanda çox məşhur Pasxa adası populyasiyası necə olub ki yaranıb və tənəzzül ediblər? Kitabda bu suallara ətraflı cavab verilmiş və müasir həyat tərzimizin hansı problemlərə səbəb olacağı haqqında sistemli və elmi dəyərləndirmələr edilmişdir.

The Oranges - Любовный переплет

Image
         Ostroff və Uoullinq ailəsi uzun illərdir ki, bir-biriləri ilə dostluq edirlər və Oreyndj Drayv (Orange Drive) adlı yerdə də qonşudurlar. Hər şey normal idi. Səhərlər qaçış, səhər yenəyinə omlet və portağal şirəsi, adama elə gəlir ki, elə əsl xoşbəxtlik budur və heç bir şey bu xoşbəxtliyi dağıtmaq iqtidarında deyil. Gündəlik monotonluğun rahatlığını heç nə əvəz edə bilməz. Bu normallığı tufandan öncəki səssizlik də adlandırmaq olar. Tufan isə baş verdi nə baş verdi. İstəməzdim ki spoyler olsun, amma süjet belədir: bir ailənin qızı digər ailənin başçısı ilə sevgi maceraları yaşamağa başlayır. Bunun nəticələri isə, filmi əmələ gətirir.