Posts

Cared Daymond - Tənəzzül - Jared Diamond - Çöküş

Image
  Sivilizasiyalar necə yaranıb necə tənəzzülə uğrayırlar? Yaranmağa və məhv olmağa təsir edən faktorlar hansılardır? Müasir ABŞ ərazisində mövcud olmuş Anasazi və Çako kanyonu sivilizasiyaları, Mərkəzi Amerikada Maya mədəniyyəti, Cənubi Amerikada Moçe və Tivanaku, qədim Yunanıstanda Miken və Giritdəki Minos sivilizasiyaları, Asiyada Anqkor Vat və Harapp mədəniyyətləri, Sakit Okeanda çox məşhur Pasxa adası populyasiyası necə olub ki yaranıb və tənəzzül ediblər? Kitabda bu suallara ətraflı cavab verilmiş və müasir həyat tərzimizin hansı problemlərə səbəb olacağı haqqında sistemli və elmi dəyərləndirmələr edilmişdir.

The Oranges - Любовный переплет

Image
         Ostroff və Uoullinq ailəsi uzun illərdir ki, bir-biriləri ilə dostluq edirlər və Oreyndj Drayv (Orange Drive) adlı yerdə də qonşudurlar. Hər şey normal idi. Səhərlər qaçış, səhər yenəyinə omlet və portağal şirəsi, adama elə gəlir ki, elə əsl xoşbəxtlik budur və heç bir şey bu xoşbəxtliyi dağıtmaq iqtidarında deyil. Gündəlik monotonluğun rahatlığını heç nə əvəz edə bilməz. Bu normallığı tufandan öncəki səssizlik də adlandırmaq olar. Tufan isə baş verdi nə baş verdi. İstəməzdim ki spoyler olsun, amma süjet belədir: bir ailənin qızı digər ailənin başçısı ilə sevgi maceraları yaşamağa başlayır. Bunun nəticələri isə, filmi əmələ gətirir.

Herman Hesse - Yalquzaq

Image
         Hermann Hessenin “Yalquzaq” əsəri, iyirminci əsrin ikinci yarısında, nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki niyə və necə? Oxuyun o zaman anlayacaqsınız.      Son vaxtlar çalışıram ki, fəlsəfə və ezoterika vasitəsiylə əsas mövzusu özünü, “mən”-i tapmaq olan kitablar oxuyum. Niyə? Belə hesab edərdim ki, mən gözəl, firavan ailə qurub uşaq dünyaya gətirmək istəməyən, gözəl karyera qurmaq istəməyən, səs-küylü qələbəlikdən uzaq durub qürub edən günəşə baxıb, yanımda olan kağıza cızma-qara etmək istəyən birisiyəm. Mən tək qalmaq və sərhədləri aşmaq istəyirəm. Halbuki, tam olaraq belə deyiləm. Əgər təsvir etdiyim kimi olsaydım, mənə Budda demək olardı. “Yalq...

Qəzetçi - The Paperboy - Газетчик

Image
         60-cı illərin sonu. Jurnalist Uord, cənubda yerləşən şəhərlərin birində, qəddarlıqla öldürülmüş şerifin qatilini axtarıb tapmaq istəyir. Bir nəfər həbs olunub, amma Uord belə hesab edir ki, bu haqsızlıqla olub. Uord haqsızlıqla mühakimə olunmuş və elektrik stulunda ölüm hökmünə hazırlaşdırılan qatili həbsxanadan çıxarmaq və kolleqası ilə birlikdə sensasiyalı material yayımlamaq istəyirlər. Jurnalistlərə qəzetlərin çatdırılması işiylə məşğul olan, Uordun kiçik qardaşı Cek və cazibadar sarışın Şarlotta kömək edir. Şarlotta həbsdə olan qatilə aşiq olub. Obazların hamısının gizlətməyə nəyisə var. Lakin ifşaedici cənub küləyi ən qaranlıq və isti arzuları oyadır. Gözlənilməz hadisələr. Gözlənilməz insanlar. Qorxulu aqibətlər. Şokedici faktlar. Sarsılan və dəyişən dünya. Qəzetlərdə çox şeylər yazılmır.

Yasunari Kavabata - "Ölü sifətlə baş verən hadisə", "Bakirələrin ibadəti" və digər hekayələr haqqında

Image
          Ölü sifətlə baş verən hadisə (Случай с мертвым лицом) - Bu hekayə olduqca maraqlı nüansları özündə ehtiva edir. Dünyasını dəyişmiş həyat yoldaşı ilə sağollaşan bir kişinin, həyat yoldaşının açıq qalmış çənəsini bağlamaq cəhdləri boşa çıxır. Otağa daxil olan mərhumun bacısı isə, mərhumun sifətində ərinin toxunuşları sayəsində əmələ gəlmiş yumşaqlıq və rahatlığı, ali insan ruhunun gücü və  yoldaşının onunla sağollaşmasının nəticəsi kimi başa düşür. Bilirsiz maraqlı nədir, maraqlı burasıdır ki, bəzi hadisələrin səbəbini bilmədən biz onu ilahiləşdirirk. Bu şirin yalandı. Hətta deyərdim ki, müəyyən mənada da lazımlı şeydi. Bir növ hekayə də saxta ilahiliyi simvolizə edir. Bəlkə də bütün ilahilik saxta illüziyadır. Bəlkə də, həm materiya, həm də ruhanilik illüziyadır. Çox irəli getdim deyəsən.

Andrey Leviskiy - Anomallar. Sirli Kitab - Андрей Левицкий - Аномалы. Тайная книга

Image
Bəzi hadisələr var ki, kifayət qədər şübhəli görsənirlər. O hadisələr, hansısa şüurlu gücün beynimizə daxil olub davranışlarımıza təsir göstərdiyindən xəbər verir. Mən özüm həyatımda iki dəfə belə hadisələrin canlı şahidi olmuşam və ona görə də onları qəbul etməyə bilmərəm. – Konstantin Siolkovskiy.          Hər şeydən öncə onu deyim ki, Andrey Leviskiy (Андрей Левицкий),  çox məşhur S.T.A.L.K.E.R oyunu və kitablarınının müəllifidir. Yazıçının uşaqlığı Ukraynada, Çernoblda keçib. Kiyev Dövlət Universitetində filologiya üzrə təhsil alsa da, heç vaxt ixtisası üzrə işləməyib. Yazıçının böyük həvəslə oxunan digər bir çox məşhur əsərləri də var.

Velosipedli oğlan - The kid with a bike - Le gamin au vélo

Image
Siril          Bu hekayə, atası tərəfindənm uşaq evinə atılmış, amma atası ilə mənəvi əlaqəni itirməyən 12 yaşlı oğlanın hekayəsidir. Tamamilə təsadüfən Siril (oğlanın adı) Samanta ilə tanış olur. Samanta gözəllik salonunun sahibəsidir və Sirilə icazə verir ki, bazar günləri onunla birlikdə qalsın. Siril böyük daxili xaos, yaşıyla tərs mütənasib hadisələrə yaşayır. Sığınacaq təklif edən iki cəbhə arasından seçim etməlidir. Hətta, sığınacaq tapmaq məsələsində də xeyir və şər mübarizə aparır. Lakin, Siril çox çətin günlər yaşasa da, həqiqi sevgi qalib gəlir. Filmdə sakit və tipik fransız şəhərciyində həyat, azyaşlıların kriminallıq tələsinə düşməsi, fransız insanlarının bir-birinə olan münasibətləri, çətin xasiyyətli uşağın tərbiyəsi, sosial problemlər, pozulan uşaq psixologiyası, düşünülməmiş addımlar və onların yaratdığı nəticələr kimi məsələlər təsvir olunub. Film bizə çox şey haqqında düşünməyə imkan yaradır.