Sevmək Sənəti - Erich Fromm
Erix Frommla tanışlığım: Marksın insan konsepsiyası əsəri məni Erix Fromm yaradıcıllığı ilə tanış etmişdi. Çox bəyənmişdim. Bir çox mövzularda şəxsi fikirlərimin formalaşmağına öz tövhələrini vermişdir. Eyni zamanda Erix Frommun digər kitabları haqqında da çox eşitmişəm. Çalışıram bu hərtərəfli, dərin düşüncəli, ensiklopedik insanın kitablarını oxuyum. Bunlardan biri də “Sevmə sənəti” oldu. Kitab nədən bəhs edir: Kitab sevginin nəzəriyyəsi və praktikasından bəhs edir. Əlbəttə ki, düşüncəli insan sevginin çox geniş miqyaslı anlayış olduğunu dərk edir. Belə ki, bir çoxları sadəcə qarşı cinslə münasibətlərdə nə isə öyrənmək üçün bu kitabı alır, amma kitabda xüsusiylə valideyn və tanrı sevgisi üzərində dayanılmışdır. Sevgi haqqında bir çox şeyləri aydınlaştıran və düşündürən kitab. İradlarım: 1)Hər şeydən öncə tərcümə: Türkiyə türkcəsində oxudum və tərcümədə çox böyük problemlər olmasa da var. Cümlələr uzun və anlaşılması çətin yerlər oldu. Bu yaxınlarda isə Qanu...