Anatom - Federiko Andaxazi
Rusca adı: "Анатом" Андахази Федерико Tanış olaq – Andaxazi Federiko (Андахази Федерико): Argentina yazıçısı Andaxazi Federiko, 1963-cü il 6 iyun tarixində Buenos-Ayresdə, şair və psixoloq ailəsində anadan olmuşdur. Psixologiya üzrə təhsil alsa da həyatını ədəbiyyata həsr etmişdir. 1995-ci ildə çap olunan “Anatom” əsəri ilə məşhurlaşdı. Bu əsər ölkəsində erotik janr üzrə bir çox polemikalara səbəb olmuşdur. Yazıçı əsərlərində müxtəlif janrlardan istifadə edir: dedektiv, qotik-roman, pritça. Öz əsərlərində o, real faktalara əsaslanır və sevginin, yaradıcıllığın əbədi problemlərini işıqlandırır. Əsərin dəyəri: Əsər haqqında çox da yüksək düşüncədə deyilməsə də, gözümdə dəyərsiz də deyil. Əsər haqqında tanıtım üçün yazılanları oxuyanda ümidlərim çox böyük oldu. Orijinal ideya daşıyıcısı və yeni biliklər. Hərgah bu özünü doğrultmasa da, vaxtım maraqlı keçdi. Federiko Andaxazi Motivlər: Əsərdə təsvir olunanlar bizi, kilsənin hökmranlıq etdiyi və inki...