Kim V. Çan - Mavi okean strategiyası
Kim V. Çan Koreya əsilli biznes nəzəriyyəçi, Fransada, daha dəqiq desək Fontanblü (Fontainebleau) şəhərində yerləşən INSEAD biznes məktəbinin strategiya və menecment professoru və həm də həmin yerdə mövcud olan INSEAD Mavi Okean Strategiyası inistitutunun təsisçi-direktorudur. O, 2005-ci ildə yazdığı "Mavi okean strategiyası" kitabından sonra dünyada olduqca məşhurlaşmağa başladı. Gəlin həm müəllif, həm də kitab haqda ətraflı məlumat toplayaq.
Koreya əsilli Kim V. Çan, ABŞ-ın Ross Biznes Məktəbində (Ross School of Business) təhsil alıb. Ötən əsrin 70-ci illərində elə həmin təhsil müəssisəsində akademik karyeraya başlayaraq professor dərəcəsi alıb. 1992-ci ildə isə Fransaya köçərək, Fontanblü (Fontainebleau) şəhərində yerləşən INSEAD biznes məktəbinin strategiya və menecment professoru və həm də həmin yerdə mövcud olan INSEAD Mavi Okean Strategiyası inistitutunun təsisçi-direktoru olur. Müxtəlif iqtisadi və biznes təşkilatlarının idarə heyətində iştirak edən və eləcə də onlarla birlikdə işləyən Kim, eyni zamanda Dünya İqtisadi Forumunun da əməkdaşıdır. 2008-ci ildə Liderlik və İqtisadi Təfəkkürə görə mükafata layiq görülən Kim, həyatda olan top 50 nüfuzlu menecment mütəffəkiri adına layiq görülüb. Dünyanın müxtəlif qabaqcıl biznes dərgilərində məqalələri və araşdırmaları çap olunub və yuxarıda da qeyd edildiyi kimi "Mavi okean strategiyası" kitabı çap edilib. Əsərlərində məşhur amerikalı alim Maykl Porterdən təsirləndiyi açıq və aşkar olaraq görünür.
Dünyanın 41 dilinə tərcümə edilən "Mavi okean strategiyası" fenomeni strateji uğurun əldə edilməsi üçün dünyanın dörd bir tərəfindən bizneslər tərəfindən acgözlüklə tətbiq edilən yöntəmə çevrilib. Kitab öz növbəsində sənaye inqilabından sonra başabaş rəqabət aparan təsərrüfat subyektlərinin rəqabət üstünlüyü qazanması və strateji xarakter alması üçün lazım olan bir çox şeydən bəhs edir. 100 il ərzində 30 sənaye sahəsində baş vermiş 150-dən çox strateji gedişi əhatə edən "Mavi okean strategiya"sında Kim V. Çan və Rene Moborqn şirkətlərin ölümcül rəqabət mühitinə nəzər yetirərək, alternativ strategiyalar və maraqlı biznes fəndlər təklif edir. Rəqabətin optimallaşdırılması və onda liderliyin əldə olunması üçün sistemli yanaşmalar təklif edən kitab, dünyanın dörd bir tərəfindən olduqca maraqla oxunan və yeni dövrə ayaq uydurmaqda sahibkarlara, biznesmentlərə və investorlara yaxından kömək edən əvəzsiz alətə çevrilib.
"Mavi okean strategiyası" analoji kitablar kimi ilk öncə bəzi analitik alətlər və yanaşmalar təklif edir və daha sonra biznes alternativləri vasitəsi ilə iş inqilablarını təsvir edir. Bu nə deməkdir? Maykl Porterdən fərqli olaraq, kitabda biz rəqabət strategiyaları və rəqabət üstünlüyünü sadəcə ümumi və nəzəri prizmadan deyil, eyni zamanda müştəri istiqamətli və praktiki yöndən təhlil etməyə başlayırıq. Müxtəlif innovasiyalar, yeni sistemlər və paradiqmalar sayəsində bizneslərin artıq mövcud olduqları bazar seqmentində deyil, özünün bilavasitə və birbaşa olaraq yaradacağı yeni bazar seqmentində daha uğurlu olacağı vurğulanır. Köhnə bazar payı "Qırmızı okean sahəsi", yeni bazar payı isə "Mavi okean sahəsi" adlandırılır. Bu kifayət qədər bədii yanaşma olsa da, məntiqi olaraq çox düzgündür və maraqlıdır. Çünki artıq rəqabətin olduğu okean sahəsində rəqiblər bir-birini yaralamış və qanlarını axıtmışlar. Yeni, təmiz sahələrdə isə işləmək daha məntiqli və məqsədəuyğundur. Çünki yeni sahələrdə qanlı su yoxdur və ətrafı daha aydın görmək mümkündür.
Təqdim olunan prinsipləri və strategiyaları oxuduqca məsələlərin bir qədər uzun yoldan izah edildiyini gördüm. Maykl Porterin əsərləri nəzəri olaraq uzundursa, Kim V. Çanın təqdim etdikləri daha çox praktiki olaraq uzunçuluğa yol verib. Yazılanları bilmək üçün sadəcə kitab oxumaq deyil, iş praktikası olmalıdır. Əmin edə bilərəm ki, bazarın içində fəaliyyət göstərənlər yazılanlara yaxşı bələddirlər. Hər bir halda kitabı maraqlı hesab etmək olar. Sözsüz ki, konsepsiyanın praktiki əhəmiyyəti yüksəkdir, lakin ifrat dərəcədə konsepsiya üzərində dayanmaq, amma konsepsiyanın realizasiyasına diqqət ayırmamaq da, nəzəriyəçilərin yol verdikləri ənənəvi və xarakterik səhvdir.

Comments
Post a Comment