Martin Paj - Mən necə idiot oldum

Cəmiyyətlə harmoniyada olan insalar üçün ilin sadəcə bir fəsli vardır - əbədi yay. Belə insanların şüuru günəşin şüaları altında çox tez bir zamanda kütləşir. Onlar hətta yuxuda da qaranlığın olmadığı yuxular görürlər. Antuanın həyatında düz 25 il yağmurlu payız olub, indi isə qış, payız və ya yaz olmağından asılı olmayaraq, onun beynində yay hökmranlıq etməyə başlamışdı.

Sevgidə günahsızlar yoxdur, sadəcə qurbanlar var.
![]() |
Martin Paj |
İnsan iztirab çəkməyə olduqca tez alışır. Hər şeyi şüurdan keçirərək yaşamaq isə mümkün deyil.

Bilirsən Nitsşe nə deyirdi? Şüur vəhşi atdır. Gərək onu seçmə yemlə yedizdirib, çimizdirəsən və hərdən də qamçını işə salasan.
Sonda isə Antuan obrazı haqda bəzi şeyləri qeyd etmək istərdim. Kitanıb ən əsas vəsaiti elə Antuan obrazıdır və Antuan obrazında özünü tapanlar, məncə kifayət qədər olacaqsa da, yazıçı bir ədəbi obraz kimi obrazın üzərinə həddindən artıq çox şey yükləyib. Oxuduqca hiss olunur ki, Antuanın bir çox şeyə gücü çatmır. 25 yaşı olmasına baxmayaraq o, kifayət qədər infantildir. Belə məqamlarda yazıçı da zəif mövqe göstərir. Nəticədə natamamlıq hissi yaranır ki, bu da formalaşmamış roman təəssüratı bağışlayır. Əslində yazıçı hər nə qədər Antuan obrazından uğurla istifadə etmək istəyibsə də, bu lazımi dərəcədə alınmayıb və Antuan obrazını əsərdən çıxarsaq, yazıçının müasir cəmiyyətlərin ikili standartlarından bəhs edən pafoslu fəlsəfi monoloqunu əldə etmiş olarıq. Məhz bu məqam romanın oxucu beynində realistik cizgilərlə formalaşmağına mane olur. Natamam obraz oxucuya kitabın dünyasını yaşamaqda ən böyük maneədir.
Seçilmiş hissələr:
1. Belə bir çin məsəli var, mahiyyəti təxminən ondan ibarətdir ki, balıq işədiyini hiss edə bilməz. Bunu əqli əməklə məşğul olduğu üçün özünü intellektual hesab edənlərə də aid etmək olar. Bənna əlləri ilə işləyir, ancaq ona da bu divar əyri çıxdı, həm də sementini az etmisən deyən ağlı var. Onun başıyla əlləri arasında daim qarşılıqlı əlaqə var. Ancaq intellektual yalnız bir şeylə qarşılıqlı əlaqədə olur - olmayan başıyla işləyir, əlləri ona: Ey, oğlan, yaddan çıxarma, Yer kürə şəklindədir! demir. İntellektuallarda belə daxili dialoq olmur, ona görə də, hesab edir ki, dünyadakı hər şey barədə mühakimə yürüdə bilər.
2. İnsanlar hər şeyi sadələşdirməyə meyillidirlər, bu işdə onlara dil və təfəkkür quruluşları kömək edir, biz bunun sayəsində dünya haqqında səhih biliklər əldə edirik, səhih biliklər isə seksdən, zənginlikdən, hakimiyyətdən də (hamısı bir yerdə) şirindir.
3. İntihar pislənir. Dövlət, din, cəmiyyət, hətta təbiət özü ona qarşıdır, çünki təbiət adlandırdığımız nazənin gözəl özünə qarşı azad münasibəti qətiyyən qəbul etmir, bizi sonadək öz hakimiyyəti altında saxlamaq yanğısıyla alışıb-yanır, bizim əvəzimizə özü qərar qəbul etmək istəyir. İnsanın nə vaxt öləcəyinə kim qərar verir? Biz qərar verməyi xəstəliklərə, qəzalara, canilərə həvalə edərək yüksək azadlığımızdan imtina etmişik. İnsanlar bunu ya tale, ya da qəza-qədər adlandırırlar. Yalandır! Bu qəza-qədər deyil, bizi gözlərini döyə-döyə zəhərləyən, müharibələrdə və qəzalarda məhv edən cəmiyyətin gizli iradəsidir. Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir, çünki yediyimiz ərzağın keyfiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdr. Doğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən soruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim azadlığımız yalnız ölümdədir: azad olmaq ölmək deməkdir!
4. Amma tələb olunmalıydı! Məsələn, bəziləri tez əldən düşürlər, arvad-uşaqlarını döyür, maşını necə gəldi sürür və seçkilərdə iştirak edirlər. Gərək, dövlət ölkə miqyasında əyyaşların hazırlanmasının qayğısına qalsın, hər kəsin öz normasını, zaman və məkanı, habelə özünü dərketmə fərdi hədləri bilməsi üçün müvafiq təlimatlar aparsın. Bu dəniz kimidir, baş vurmazdan qabaq üzməyi bildiyinə əmin olmalısan
5. Almaq istədiyi bütün kitablara pulu çatmadığından gözətçiləri və nəzarət qurğularını güdərək kitabları bütöv halda deyil, vərəq-vərəq oğurlayır, sonradan evdə onları gizli nəşriyyatdakı kimi yenidən kitab halına salırdı. Hər bir vərəq cinayət yoluyla əldə olunduğu üçün fabrik üsulu ilə istehsal olunan və öz bənzərləri arasında itib batan həmcinslərindən daha qiymətli sayılırdı; cırılmış, oğurlanmış, sonra səylə yapışdırılmış səhifə müqəddəsləşirdi. Antuanın kitabxanasında bu cür unikal formada nəşr edilmiş iyirmiyə yaxın kitab vardı.
P.S. Son 5 seçilmiş hissə kkoworld.com saytından götürülüb.
Comments
Post a Comment