Bob Şou - İnanılmaz oxşar

Боб Шоу - Невероятный дубликат "Səyyahların gəmisi" və "Dayan, kimdir gələn?" əsərlərini oxuduqdan sonra Bob Şou mənim üçün kosmik fantastikanın ən mahir ustadlarından birisinə çevrildi. Bu yaxınlarda "İnanılmaz oxşar" adlı qısa hekayəsini oxuduqdan sonra bu fakt bir daha öz-özünə sübut olundu. Koburn adlı gənc uzaq planetləri gəzərək özünü kosmik romantikanın öhdəsinə buraxmaq istəyir. Münasibətdə olduğu zooloq qız Erika isə onun bu arzularını xoşlamır. Koburn kosmik ticarət palatasının qulluqçusu olmaqla kosmik səyahətlər aruzunu müəyyən qədər reallaşdırmış olur. Zooloq isə Yerdə qalaraq onun hansısa qaranlıq qalmış hissəsini öyrənməyə cəhd göstərir. İş elə gətirir ki, Koburnu məşhur və olduqca təhlükəli cinayətkar Petsi Ekkert əsir götürür. Sonradan aydın olur ki, ən əsas təhlükə bu cinayətkar deyilmiş...