Requiem for a Dream
Filmin hər bir obrazı öz arzusuna nail olmaq
istəyir. Sara Qoldfarb tele-şouda çəkilməyi, oğlu Harold dostu Tayronla birlikdə nağıllardakı kimi
varlı olmağı, Haroldun rəfiqəsi Merion isə şəxsi moda dükanına sahib olmağı
arzulayırdı. Onların hər birinin qarşısında maneələr var. Onlar narkotiklərin
illüziyalar dünyasında ilişib qaldılar. Nəticədə isə arzular əvvəlki kimi əlçatmaz olaraq qaldı.
Əslində
yeni heç nə yoxdu: Film Mahnettanda (eləcə də bütün dünyada) baş verənlərin ekranlaşdırılmasıdır və reallıqdan
heç də fərqlənmir. Kimlərsə ağ toz halında narkotik maddələrdən istifadə edir,
kimlərsə də, televiziya kimi qeyri-material narkotiklərin ağuşuna düşüb. Bircə
onu görmək olar ki, cəmiyyətdə qayda-qanunları yaradanlar onu hipnoz etməkdən başqa
heç nə fikirləşmirlər. Deməzdim ki bu proses filmdə ad-absurdum səviyyədə
çatdırılıb, lakin müəyyən üsullarla ona yaxın vəziyyətə salınmaq istəyib. İnsanlar olduqca hiyləgər düşmənlə qarşı-qarşıya döyüşürlər. Odur ki, azdan zərər gəlməz fikri ilə başlayıb çoxun zərbəsinə tab gətirməmək labüddür.
Uzun
müddət idi ki, filmin müxtəlif izləyiciləri tərəfindən yüksək dərəcədə
sevildiyini eşidirdim. İzlədim və narkomaniyanın dağıdıcı effektini incəsənət
diliylə ifadəsini gördüm. Bəli ideyası və üslubu baxımından güclü təəssürat
yaradan film dir və izlənməyə dəyər. İzlədikdən sonra insan bir çox şeyi müqayisə etməyə
başlayır. Odur ki, əgər filmi izləməmisinizsə izlədikdən sonra düşünməyə çoxlu səbəbiniz olacaq.
Comments
Post a Comment