Foxcatcher
Rejissor 80-ci illərin abu-havasını yaratmaqda pis nəticələr əldə etməsə də, filmdə monotonloq sezilir. Filmə lazımı dinamizm verilməyib. Səbəb kimi həm aktyorları, həm də bilavasitə rejissorun özünü göstərmək olar.
Pulun hakimiyyəti mövzusu aktualdır. Film göstərmək istəyir ki, pul min-bir şəraiti yaratsa da, insan istəyini, arzusunu, iradə gücünü satın ala bilməz. Buna baxmayaraq insanlar yenə və yenə bu səhvə yol verərək boşluqları pulları və bu pulların yaratdığı hakimiyyət illüziyaları ilə doldurmağa cəhd etməkdə davam edirlər. Filmdə Deyv Şultzun dilini bağlayan da məhz bu məqam idi. Material dəstəklə, mənəvi dəstək arasındakı bu natarazlıq filmin əsas süjet xəttini əmələ gətirir. Con Düpon mənəvi dəstək verməkdəki acizliyi onun faciəsinə səbəb oldu. Əslində bu motivə görə film çox diqqətəlayiqdir.
Filmi mənim üçün məyusedici məqamları o oldu ki, mən növbəti dəfə treyleri özündən qat-qat yaxşı olan filmin marketinq proseslərinin qurbanı oldum. Deməzdim ki, filmi izlədiyimə peşmanam, lakin gözləntilərimin doğrulmamağı məndə məyusluq yaratdı.
Comments
Post a Comment