Posts

Elektrik yuxuların yozumu: psixoanaliz, iqtisadiyyat və fəlsəfə

Image
"Filip K. Dikin Elektrik Yuxuları" və ya sadəcə "Elektrik Yuxular" (Electric Dreams) məşhur Filip K. Dikin elmi-fantastik hekayələr antologiyası əsasında ekranlaşdırılmış serialdır. Yazıçının işinə bələd olduğuma görə, bu serialı da izləməyə bilməzdim. Çoxlarımız isə "Minority Report", "Total Recall", "Blade Runner" və s. kimi dünya şöhrətli filmləri izləmişik. Həmin filmlər də Filip K. Dikin əsərləri əsasında çəkilib. Bu səbəbdən, gözləntilərimizi dügün hesablamaq o qədər də çətin olmayacaq. Bu yazıda mən, 10 bölümdən ibarət serialın məni düşündürdüyü mövzular çərçivəsində öz qeydlərimi bölüşəcəm (Əfsuslar olsun ki, yazının müəyyən hissələri bəzi bölümlərlə əlaqədar spoylerlər də daxil olmaqla yazılıb. Bəzilərində isə fikrimi spoylersiz təqdim etməyə müvəffəq olmuşam.).

Ən son dalğalanan bayraq - Last Flag Flying

Image
Üzərindən 30 il keçəndən sonra, həkim Larri Şeperd, Vyetnamda birgə xidmət keçmiş əsgər yoldaşlarını axtrıb tapır ki, dostları ona təkcə xatirələrində deyil, həm də bu günkü günündə yoldaşlıq etsin. Axı Larrinin başına fəlakət gəlib. Oğlu İraqda şəhid olub. Bir müddət öncə isə həyat yoldaşını itirib. "Ən son dalğalanan bayraq" bir növ humanizm dolu, müəyyən dünyəvi fəlsəfəni özündə çağırışdıran, təcrübi filmdir. Öz tənqidi mövqeyi ilə patriotizm və ideoloji məsələlərin üzərinə işıq salır, cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərin əsl üzünü göstərir. 

Zirvələrdə gizlənmiş depressiya və post-sovet romantikası

Image
İlk dəfə iş yoldaşlarımdan biri Robin Uilyamsın gözlərində gizlənmiş hüzn haqda söhbət edəndə, uşaqlıqdan bu yana heyranlıqla izlədiyim və nümunə götürdüyüm insana başqa gözlə baxmağa başladım. Onun dediyinə diqqət etdim və həqiqətən də elə bir şeyin olduğunun fərqinə vardım. Düzü "çox gülən adamlar, gizlində çox da ağlayarlar" tipli ifadələr çox banal və yeniyetmə təfəkkürünün məhsulu təəssüratını bağışlayıb, amma bəzən doğru da ola bilir. Bu yaxınlarda da, eşidəndə ki, bəs Cim Kerri də dərin depressiyadan təzəcə çıxıb və vaxt olub bütün evini rəsm emalatxanasına çevirib rəsm çəkib, yenə də təəccübümü gizlədə bilmədim (Cim Kerrinin "Rəngə ehtiyacım var idi" qısametrajlı filmi var). Bir digər şəxsdən bunların səbəbini soruşanda, maraqlı cavab eşitdim: elə cavanlıqdan sonra, yaranan boşluğu doldurmaq çətindir.  Bir vaxtlar hamının sorğu-sualsız səni qəbul etdiyi, çox sevdiyi, birmənalı olaraq hər şeyin ən yaxşısı təklif olunanda, həyat çox fərqli, uğurlu, içdən ...

Lantimosun mücrüsü - Yunan təxəyyülünün dirilişi

Image
Deməli vəziyyət belədir ki, son günlər yunan rejissoru Yorqos Lantimosun (Yorgos Lanthimos) filmlərini izləmək üçün özümə virtual növbə yaratmışdım. "Xərçəng" (Lobster) filmi mənə rejissorun nələrə qadir olduğu haqda çox yaxşı mənbə rolunu oynamışdı. Filmi əsl incəsənət nümunəsi kimi qəbul etmiş, ona yazı da həsr etmişdim (oxumaq üçün keçidi izlə: keçid ). Yaxşı xatırlamıram, amma çox güman yenicə izlədiyim "Köpək dişi" (Dogtooth), "Müqəddəs ceyranı öldürmək" (The Killing of a Sacred Deer) və "Alp dağları"-na (Alps) baxmaq planını da elə məhz filmsonrası (Xərçəng filmi nəzərdə tutulur) təəssüratların altında icra etmişəm. Bu səbəbdən də praktiki olaraq ard-arda olaraq izlədiyim Lantimos yaradıcıllığı son zamanlar ac olduğunu mövzular çərçivəsində doyum hiss etməyimə böyük tövhə verdi. Bu yazıda həmin üç film haqda qısaca olaraq bəhs edirəm. Məqsədim çox dərin analitik döşəmə yaratmaq deyil. Nə də olsa, bu yazı elmi məqalə keyfiyyətinə malik d...

Amin Sükut - Tuflinlər

Image
Kitabın arxa üzündən:  Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir. Əzilərək illərlə yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü–gündən düşmənləri onların sıralarını azaldır... Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb "yerin dibi"ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün "üzə" çıxırlar. Düşmən axtarışı zamanı onlar daha avvəl görmədiyi müəllif tərəfindən heç də təsadüfi seçilməyən –– heyvanlarla qarşılaşırlar. Məhz bu zaman ham əsərin qəhramanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar. Müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial–psixoloji və önəmli mövzulara toxunur. Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb. 

Fyodor Dostoyevski - Sahibə

Image
RUS: Фёдор Достое́вский - Хозяйка Povest ilk dəfə 1847-ci ildə çap olunub. Süjetin mərkəzində Vasiliy Ardınov adlı şəxsdir. Müəyyən varidatı miras olaraq alan qəhrəman, kilsələri araşdırmaq və öz "sistem"ini yaratmaq üçün öz gücünü səfərbər edən elm adamıdır. Lakin kirayə qaldığı evin sahibəsi Katerina ilə yaranan münasibətləri onu sahib ilə, Murin adlı qəribə insanla nəticəsiz abstrakt mübarizəyə sövq edir. 

Dankirk/ Dunkirk

Image
Britaniya imperiyasının və Fransanın ittifaq qüvvələri Dankirk adlı sahildə düşmən alman ordusu tərəfindən mühasirəyə alınıblar. 1940-cı ildə İkinci Dünya Müharibəsinin 26 may - 4 iyun tarixləri arasındakı ən qəddar və ümidsiz mühasirələrindən olan Dankirk mühasirəsi, tələyə düşmüş bütün bəşəriyyəti simvolizə edir... Dankirki niyə görə və kimlər izləməli? Ümumiyyətlə müharibə neçə-neçə filmlər və kitablar üçün zəngin mənbə rolunu oynayan bəşəri reallıqdır. Biz hər dövrdə, hər ölkədə və cəmiyyətdə bu məyusedici prosesə həsr edilmiş müxtəlif bədii və sənədli yaradıcılıq işləri ilə rastlaşırıq. Həm də nəzərə almaq lazımdır ki, müharibələrin aparıcı və icraedici əsas qüvvəsi kişilərdir. Bilmirəm niyə, məhz sonuncu yazdığım cümlə mənim fikrimdə qadınları müharibə filmlərinin əsas auditoriyasından bir qədər uzaqlaşdırır. Təbii ki, bu o demək deyil ki, qadınlar belə filmləri izləməli deyillər və ya qadınlar müharibələrin iştirakçısı olmurlar, amma gəlin əyri oturub düz danışaq ki, qadınla...