Posts

Kenzaburo Oe - Qəlbimə qədər suvar məni

Image
ENG:  Kenzaburo Oe -  The Flood Invades My Spirit RUS: Кэндзабуро Оэ - Объяли меня воды до души моей... "Qəlbimə qədər suvar məni" müasir yapon yazıçısı Kenzaburo Oenin ən məşhur əsərlərindən hesab olunur. Bu pritça-antiutopiyanın əsas mövzusu insan ilə cəmiyyət, uşaqlarla böyüklər və maddi dünya ilə mənəvi dünya arasında olan dialoqlar, qarşılıqlı münasibətlərdir. Romanın belə adlandırılmasına səbəb İncildən götürülən bir sitat olmuşdur. 

Aysberqin görünən tərəfi

Image
ENG:  The Tip of the Iceberg İSP: La punta Del Iceberg RUS:  Верхушка айсберга İspaniyada böyük transmilli şirkət üç intihar hadisəsinin nəticəsində əməlli-başlı silkələnib. Şirkət daxili araşdırma aparmaq üçün çox istedadlı və bacarıqlı əməkdaşını, Sofiyanı (biznes analitik) məsələyə cəlb edir. Qısa müddət ərzində Sofiya görür ki, şirkətdə qeyri-real dərəcədə ağır iş yükü və patogenik menecment forması tətbiq edilir. Əməkdaşlar iş yerlərinə alternativsizlikdən dolayı hər şeyə dözür və təzyiqə tab gətirmək üçün özlərini məcbur edirlər. Bütün bu hadisələrin fonunda üç intihar hadisəsi təsadüf  ola bilməz. Nə isə qeyri-adi hadisələr baş verir. Bəs buna səbəb nədir? Kifayət qədər qəliz sual olsa da, lakin insan təbiətinin primitiv çalarları bu suala cavabdır. 

İqtisadi demokratiya (Video-podkast)

Image
İqtisadiyyat və biznes elmlərində təhsil alan, iş həyatında çalışan və ya sadəcə mövzuya maraq göstərən yoldaşlara maraqlı gələ biləcək ikihissəli "İqtisadi demokratiya" video-podkastlarını təqdim edirəm. 

Viktor Pelevin - Gözəl xanım üçün ananas suyu

Image
RUS: Виктор Пелевин - Ананасная вода для прекрасной дамы "Gözəl xanım üçün ananas suyu" Viktor Pelevinin ekstravaqant hekayələr toplusudur. Yenə də ədəbi həzz və zövq Pelevinin sayəsində beynimdə tüğyan etdi. Hər dəfə Pelevindən oxuduğum kitab onun növbəti kitabını vərəqləmək üçün boynuma qoyulmuş əlavə məsuliyyət yükü olur. Hekayələrdən anladığım və faydalandığım məqamlara qısaca toxunası olsam aşağıdakıları qeyd edərdim: 

Kristi Braun - Sol ayağım

Image
ENG: Christy Brown -  My left foot Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan “Hər gün nisgil" romanını yazmışdır.

Con Devison Rokfeller - Neft milyarderi və filantropunun xatirələri

Image
ENG: John D. Rockefeller -  John D. Rockefeller: The Autobiography of an Oil Titan and Philanthropist RUS: Джон Дэвисон Рокфеллер -  Как я нажил 500 000 000 долларов. Мемуары миллиардера Con Devison Rokfeller hər şeyi hazır alıb hazıra nazir olan liderlər sırasına daxil deyil. O, hələ uşaq yaşlarından kommersant ruhunu ətrafına sezdirə bilmişdi və gənclik illərindən cəsarəti və ağlı ilə, insanlarla qurduğu möhkəm və düzgün münasibətlərə görə nəinki ABŞ-da, ümumiyyətlə dünyada özünə ad-san qazana bildi. Həyatda heç bir milyoner və ya milyarder öz həyat resepti ilə digər insanları da eyni qaydada milyoner və ya milyarder edə bilməz. Ən azından bu fiziki olaraq qurulmuş mürəkkəb insan cəmiyyətində mümkün deyil, lakin buna baxmayaraq belə insanların yanaşmaları və düşüncə tərzləri maraqlı məsləhətlər formasında hər dövrdə aktual olaraq qalır. "Standard Oil" şirkətinin qurucusu Con Devison Rokfellerin "Neft milyarderi və filantropunun xatirələri" kitabı hələ...

Kimi daha çox istəyirəm/ Cosa voglio di più (18+)

Image
Rus: Кого хочу я больше Günlərin bir günü iş yoldaşlarını təqaüdə göndərərkən Anna Domenikoya rast gəlir. Domeniko iki kiçik uşağı olan, evli, yaraşıqlı kişidir və əlavə gəlir əldə etmək üçün istirahət günləri ofisiantlıq edir. Annanın özü də heç də "azad" deyil. O, Alessio ilə birlikdə yaşayır. Buna baxmayaraq Anna ilə Domeniko arasında alovlanan ehtiras qarşılıqlı münasibətlərə, hər ikisi üçün də dramatik nəticələrə gətirib-çıxarır.