Posts

Gəzinti/ The Walk

Image
1974-cü il. Filippe Petit (Philippe Petit) Dünya Ticarət Mərkəzi Qüllələri arasında kəndirin üstündə gəzmək arzusunu reallaşdırmaq üçün özünə əməlli-başlı komanda qurur. Bütün təhlükələrə, qəribə tərəddüdlərə və maneələrə baxmayaraq, Filippe öz arzusu uğrunda hər şeyi etməyə hazırdır. Tamamilə real şəxsiyyətə və hadisələrə əsaslanan film bizə müasir izləyicinin zövqünü qane edə biləcək həddə olan hazır məhsul təqdim edir. Öhdəmizə düşən yeganə şey belimizin arxasına yumşaq döşəkçə qoymaq və vizual axıntıya boyun əyməkdir. 

Sərnişinlər/ Passengers

Image
"İkinci ev"ə doğru uzun səyahətə çıxan kosmik gəmidə yaranan texniki problemlər bir çox fəsadlar törədir. Sərnişinlərdən bir nəfər vaxtından tez, daha doğrusu 90 il zamanından öncə hiperyuxudan oyanır. Belə erkən "oyanış" hər nə qədər dəhşətli səslənib sərnişinləri ucsuz-bucaqsız kosmosun ənginliklərində başıboş buraxsa da, bir o qədər də təhrikedici macəralara səbəb olur...

İvan Rak - Qədim Misirin əfsanə, mif və nağılları

Image
RUS:  Иван Рак -  В царстве пламенного Ра. Легенды, мифы и сказки Древнего Египта  "Qədim Misirin əfsanə, mif və nağılları" kitabı müəllif tərəfindən Misirin günümüzə qədər gəlib çıxmış mədəni irsinin toplanıb sistemləşdirilməsindən və bədii formaya salınmasından ibarət möhtəşəm topludur. Kitab vasitəsi ilə qədim sivilizasiyaların səsini bir daha eşitmək və yaratdıqları al-əlvan mənəvi aləmi bir daha görmək şansı əldə edirik.

Tural Şahtaxtinski - On beş insan

Image
Bu dəfə şəxsi tanışlığım olan, potensialına inandığım gənc yazar Tural Şahtaxtinskinin "On beş insan" adlı hekayələr toplusu haqqında fikirlərimi yazmağa çalışdım. Müəllifin kitabda toplanan hekayələri müxtəlif ictimai-sosial problemləri əks etdirən müasir üslublu ailə-məişət zəmnində olan bədii əsərlərdən ibarətdir. Buna baxmayaraq, təbii ki, gənc yazarlarda görmək istədiklərimin bir çoxuna rast gəlməkdə hələ də gözləmə mövqeyindəyəm. İndiki halda "On beş insan" bizə ölkəmizin gənc yazarlar cəmiyyətinin hazırki vəziyyətindən və gələcək prespektivindən kifayət qədər məlumat verir. Tanış olduğum digər kitablar kimi, bu dəfə də çatışmazlıqlar qənaətbəxşliyi üstələdi.

Con Uik 2/ John Wick 2

Image
Dostunun qisasını aldıqdan sonra Con Uik praktiki olaraq kriminal dünyaya geri dönmüş "pis təqaüdçü" adını qazanır. Talenin qəribə ironiyası onun həyat yoluna hələ çox maneələr düzür...

Riçard Teyler - Deviant davranış: Davranış iqtisadiyyatının əsasları

Image
"Deviant davranış: Davranış iqtisadiyyatının əsasları" kitabı son dövrlər iqtisadiyyat elminə yeni həyat verən istiqamət - davranış iqtisadiyyatı haqqında möhtəşəm və innovativ yazı üslubuna malik bir kitabdır. Riçard Teyler əlindən gələni edir ki, bu akademik sahə bizin iqtisadiyyat haqqında malik olduğumuz ənənəvi ideyaları yeniləri ilə əvəz etsin, doqmaların üstündən xətt çəksin və ən əsası dünya və özümüz haqqında təsəvvürlərimiz dəyişsin. 

Okeanlar arasındakı işıq/ The Light Between Oceans

Image